“Böyük Qayıdış” Film layihələri müsabiqəsinin sonuncu – Pitçinq mərhələsi keçirilib

28 Aprel 2021Xəbər
news-inner-photo

Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin növbəti, pitçinq  mərhələsi (kino layihələrinin təqdimatı və müdafəsi) keçirilib.

Azərbaycan Dövlət Film Fondunda keçirilən bu mərhələdə bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin Münsiflər heyəti tərəfindən seçiləcək.

Xatırladaq ki, müsabiqənin pitçinq mərhələsi artıq canlı yayım formasında Dövlət Film Fondunun “Youtube” kanalında ictimaiyyətə nümayiş etdirildi. Layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçirilir, iştirakçılar müraciət etdikləri layihələrlə bağlı məlumat verməklə yanaşı, eyni zamanda açıq pitçinqdə müdafiə mövqeyində dayanırlar ki, bu da səbəbsiz deyil. Çünki bu mərhələdə münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək ən yaxşı layihələr 30 aprel 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

Yeri gəlmişkən, müsabiqənin Münsiflər heyətinin tərkibi aşağıdakılardır:

  • Vaqif Mustafayev (sədr) – Xalq Artisti, kinorejissor, ssenari müəllifi
  • Elçin Musaoğlu – Əməkdar incəsənət xadimi, kinorejissor
  • Yavər Rzayev – Əməkdar incəsənət xadimi, kinorejissor, ssenari müəllifi
  • İradə Bağırzadə – prodüser, ssenari müəllifi
  • Aygün Aslanlı – kino tənqidçisi
  • Teymur Hacıyev – kinorejissor, prodüser
  • Rüstəm Fətəliyev – “Park Cinema” kinoteatrlar şəbəkəsinin PR meneceri.

Qeyd edək ki, iştirakçıların müraciət etdikləri layihələrlə bağlı məlumatlar verməsi pitçinq  mərhələsinin ən həyəcanlı anları oldu. Fərqli mövzulara müraciətlər nə qədər çox maraq doğururdusa, mövzuya yanaşma tərzi, aktyor oyunu, eləcə də inandırıcılıq bir o qədər əsas rol oynayırdı ki, bunu da münsiflər öz çıxışlarında diqqətə çatdırırdı.

Oxucuların diqqətini Vətən müharibəsinə həsr edilmiş “Tanrının nəbzi” layihəsinə çəkmək istərdik. Məhz bu layihənin timsalında digər layihələrin necə təqdim olunması və münsiflərin öz fikir və iradlarını bildirməsi diqqətə çəkildi.

İnteraz Media and Broadcasting” MMC-dən qatılan iştirakçı Rəşad Süleymanoğlu bu layihədən öncə bir çox layihələrdə rejissor, ssenarist, prodüser kimi iştirak edib və əksəriyyətində də Elmar Bayramovla müştərək çalışdıqlarını, iki rejissorun ortaq  işi – “Tanrının nəbzi” layihəsində 2020-ci ildə Azərbaycanda baş verən ik qlobal hadisəyə həsr etməsindən bəhs edərək bildirdi ki, bunlardan biri bütün dünyanı bürüyən pandemiya, ikincisi isə Vətən müharibəsinə həsr olunub və ssenari müəllifi olduğu bu yanaşmanı Azərbaycanda fəaliyyət göstərən kiçik nağara ritm qrupu üzərindən qurduqlarını diqqətə çəkdi: “Qəhrəmanımız ritm qrupunun müəllimidir və onun ustadı ilə birgə xəstəliyə yoluxması, özünün xəstəliklə mübarizə aparaq sağalmasına baxmayaraq ustadını itirməsi diqqətə çəkilir. Eyni zamanda Vətən müharibəsinin başlanması nəticəsində ritm qrupunun iki üzvünün müharibəyə getməsi və onlardan birinin şəhid olması və bütün bunlara ritm qrupu vasitəsilə yanaşmaq özü böyük məna kəsb edir. Belə ki, bütün dünya xalqalarının özünəməxsusu ritmləri var ki, bu da həmin xalqın kimliyini, mentalitetini göstərir. Biz ritm üzərindən iki böyük hadisəni göstərməyə çalışmışıq.”

Ortaq işin ikinci rejissoru Elmar Bayramov pitçinq mərhələsinin canlı yayımına onlayn formada qoşularaq layihədə haqqında öz fikirlərini bölüşür: “”Tanrı nəbzi”ndə dramatik xətt var, burada müharibə səhnələri var. Azərbaycan kinosunda müharibə səhnələri olan filmlər var və fərqli büdcələrlə həyata keçirilib. Bizim də öz büdcəmiz var və öz resurslarımız var ki, həmin səhnələrin yaradılmasında bizə kömək olacaq. Dramatik xətt dedikdə, əsasən müharibə səhnələrini nəzərdə tuturam. Düşünürəm ki, Rəşad Süleymanoğlunun ehtiyatda olan təyinatlı zabit olması, bundan başqa çalışdığımız, əməkdaşlıq etdiyimiz II Qarabağ Müharibəsində Şuşanı fəth edən tabor komandirlərindən döyüş strukturlarının necə keçirilməsi ilə bağlı məlumatları öyrənirik”.

Hər iki rejisor layihə haqqında ümumi məlumat verdikdən sonra filmdən kadrlar göstərildi.

Kino tənqidçisi Aygün Aslanlı qeyd etdi ki, filmdə ritmin obraza çevrildiyi görünmür.

Rejissor Vaqif Müstafayev diqqəti 3 məsələyə çəkir: “Birincisi, xanımın qeyd etdiyi kimi, ritm məsələsidir. Bir var ritm təsviri müşahidə edir, bir də var ki, ritm obraza çevrilir. Aktyorlar gərək yaşasın, təsvir etməsin, səslər sünidir, ifa sünidir. Xahiş edirəm ki, filmi çəkəndə, elə edin ki, aktyorlar obrazı yaşasınlar. Üçüncüsü isə odur ki, hər bir filmdə, əsərdə tamaşaçıya, göndəriş var. Burada ideoloji nöqteyi-nəzərdən gərək düzgün göndəriş olsun”.

Müsabiqənin pitçinq mərhələsi canlı yayımda saat 03.00 qədər davam etdi.

Qeyd edək ki, müsabiqədə qalib olan layihələr (5 bədii, 4 sənədli , 1 animasiya filmi) Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında onları təqdim etmiş müəssisə tərəfindən istehsal ediləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, Kinematoqrafiya şöbəsinin layihələrin seçimi prosesini şəffaf aparmasını təqdir edir və dəstəkləyirlər. Prosesin daha da təkmilləşməsi üzərində iş həmişə aparılmalıdır, amma bununla yanaşı şöbənin seçim mexanizmində dəyişikliklər etmək cəhdi alqışa layiqdi.

Pitçinq mərhələsinin video-yazısı bu linkdən tanış ola bilərsiniz.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik