Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi

20 Aprel 2021 Xəbər
news-inner-photo

Azərbaycan Respublikasının Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi, habelə dahi Azərbaycan şairinin 880 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi Nizami Gəncəvinin həyat və yaradıcılığının əks olunduğu sənət nümunələri – muzey eksponatlarının ən yaxşı hekayəsi ilə bağlı müsabiqə elan edir.

Sənətkarlar zaman-zaman öz yaratdıqları əsərlərin üzərində Nizami Gəncəvinin poemalarından misralar və ya süjetlər həkk etmişlər. Məhz bu səbəbdəndir ki, ölkəmizdə, o cümlədən dünya muzeylərində Nizami Gəncəvi yaradıcılığını, xüsusilə “Xəmsə” motivlərini əks etdirən nadir eksponatlar qorunur.

Müsabiqənin təşkilində əsas məqsəd daim insanları əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan və maarifləndirici xüsusiyyətləri özündə əks etdirən Nizami Gəncəvi yaradıcılığının, eləcə də “Xəmsə” motivli nadir eksponatların təbliği, muzey sahəsində cəmiyyətdə yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, mədəniyyətimizə marağın artırılmasıdır.

Müsabiqədə 14 eksponat təqdim edilir. İştirakçı eksponatlardan birini seçərək ona həsr olunmuş hekayə yazmalıdır. Təqdim olunan eksponatlar arasında seçim etmək sərbəstdir. Eksponatları bit.ly/3dxRQMj linkinə daxil olaraq seçmək mümkündür. Muzey eksponatı barədə hekayənin yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur.

Şərtlər isə çox sadədir:

  1. Museum.az (facebook) və museum.az (instagram) səhifələrini izləmək və bəyənmək;
  2. Bu postu öz səhifənizdə paylaşmaq;
  3. Eksponatdan birini seçib öz hekayəni yazmaq;
  4. Hekayədə maksimum 2000 sözdən istifadə etmək;
  5. Ad və soyad, təvəllüd və əlaqə nömrəsini qeyd etməklə 2021-ci ilin 30 may tarixinədək [email protected] elektron poçt ünvanına göndərmək.

Müsabiqənin qalibi mobil telefon (Samsung Galaxy A41) qazanacaq Mədəniyyət Nazirliyinin diplomu ilə təltif ediləcək.

Eyni zamanda, ilk üçlüyə daxil olan digər iştirakçılar da hədiyyə əldə etmək şansı qazanacaq və Mədəniyyət Nazirliyinin diplomları ilə təltif ediləcəklər.

Mənbə: https://www.facebook.com/mct.gov.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?