Mədəniyyətə Təkan (Cultural Accelerator) layihəsinin ilə 4-cü həftəsinin sessiyaları

20 Aprel 2021 Xəbər
news-inner-photo

Mədəniyyətə Təkan 4-cü həftəyə keçid alır, tarixləri təqviminizə qeyd edin! Ümid edirik sizi orada görəcəyik!

Bu həftəmiz mədəniyyətdə siyasətin formalaşması üzərində qurulacaq! Birinci sessiya zamanı mədəniyyət siyasətinin formalaşması mövzusunu araşdıracağıq, ikinci sessiyada müzakirə Azərbaycanda İnnovasiya və Yeni Mədəniyyət Siyasəti mövzusu üzərində dayanacaq.

4-ci Həftəyə Baxış

Sessiyalara qeydiyyatdan keçin!

Mədəniyyətə Təkan tədbirlərində iştirak etmək üçün sessiyalara qeydiyyatdan keçməlisiniz. Xahiş edirik unutmayın ki, hər sessiya üçün qeydiyyatdan keçdikdən sonra elektron poçtunuzda sessiyayada iştirak etmək üçün link (Click Here to Join) olan email alacaqsınız, buna görə də mütəmadi olaraq emailınızı yoxlayın. Hər sessiyanın başlamasından bir neçə saat əvvəl elektron poçtunuzda tədbir ilə əlaqədar xatırlatma emailı da alacaqsınız. Əgər Telegram kanalımıza yazılmısınızsa, orada da hər sessiya ilə bağlı xatırlatma alacaqsınız.

Sessiya 10: Siyasətin Formalaşdırılmasının (Policy Making) Əsasları

21 aprel, saat 15:00

Müzakirənin əsas mövzusu mədəniyyət siyasəti, ona təsir mexanizmləri və yolları olacaqdır.

  • Spiker: Gabrielė Žaidytė (Litva Baş nazirinin mədəniyyət məsələləri üzrə müşaviri)
  • Moderator: Cahangir Səlimxanov (kurator, vasitəçi)

Qeydiyyat üçün linkhttp://bit.ly/CASession10

Sessiya 11: Azərbaycanda Yeni Mədəni Siyasət

23 aprel, saat 15:00

Sessiya Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Elnur Əliyev ilə hazırda Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış mədəni siyasət və yenilik strategiyalarının statusu haqqında müsahibə formatında baş tutacaqdır. Sonda moderator müzakirəsi və sual cavab hissə baş tutacaq.

Qeyd: cavablandırılması şansını artırmaq üçün, sualları əvvəlcədən [email protected] elektron poçt ünvanına göndərilməsi tövsiyyə olunur.

  • Spiker: Elnur Əliyev (Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri)
  • Moderator: Christina Farinha (Mədəniyyət və yaradıcılıq sektoru üzrə müstəqil ekspert)

Qeydiyyat üçün linkhttp://bit.ly/CASession11

Proqram haqqında ətraflı məlumat üçün, aşağdakı linklərə daxil ola bilərsiniz:

Tam proqram və qeydiyyat

Layihə haqqında məlumat yaymağa kömək edin.

Mədəniyyətə Təkan layihəsi haqqında məlumat yaymaqda bizə kömək edə bilsəydiniz biz bunu həqiqətən qiymətləndirərdik. Sosial mediada #CulturalAccelerator_AZ #CulturalAccelerator #TransEuropeHalles #Tardino6 hashtag-larımızı istifadə edərək, kontaktlarınızla bölüşə və ya bu barədə təəssüratlarınızı paylaşa bilərsiniz.

Bütün yayım materiallarını, faydalı linkləri, mətnləri və vizualları CA Press-Kit-də tapa bilərsiniz.

Xəbərlərimizi izləyin:

Tez-tez Verilən Suallarbu linkdə

Sualınız və ya təklifinizlə bağlı [email protected] ünvanına yazaraq bizimlə əlaqə saxlaya bilərsiniz.

Mənbə: Ta(r)dino 6 İncəsənət Platforması

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?