“Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası çərçivəsində “Sülh üçün Yarat” (#create4peace) beynəlxalq aksiyası start götürür

15 Aprel 2021 Xəbər
news-inner-photo

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya elan edilir. Kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılması və dünyanın siyasi, mədəni elitası tərəfindən vəziyyətin tanınması, dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyinin dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsidir.

“Mədəniyyət naminə sülh” qlobal kampaniyası sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur.

“Mədəniyyət naminə sülh” qlobal kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, biznes qurumlarının qoşulması üçün açıqdır. Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Kampaniya çərçivəsində ilk olaraq Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan Platforması “Sülh üçün Yarat” (#create4peace) beynəlxalq aksiyasına başlayır. Aksiya Kreativ Azərbaycan Platformasının dəstəyi ilə keçirilir.

Aksiyada iştirak şərtləri çox sadədir:

  1. Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” Platformasının Facebook səhifələrini (https://www.facebook.com/mct.gov.az/https://www.facebook.com/creative.az) öz profilinizdən bəyənin.
  2. Aksiya davam etdiyi müddətdə yaratdığınız işi (əl işi, rəsm əsəri, musiqi əsəri, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s.) öz səhifənizdə #peace4culture#create4peace həştəqləri ilə sosial şəbəkələrdə paylaşın.
  3. Paylaşımda Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” Platformasının Facebook səhifələrini qeyd (tag) etməyi unutmayın.

 

İl ərzində davam edəcək aksiyada ən kreativ və maraqlı işlər mütəmadi olaraq seçiləcək və onların müəllifləri və aksiyanın ən aktiv iştirakçıları mükafatlandırılacaqdır.

Aksiya üzrə işlər aşağıdakı mövzuların biri və ya bir neçəsini əhatə etməlidir:

  • Sülhün mədəniyyətin inkişafında, mədəni irsin qorunmasıda əhəmiyyəti,
  • Qarşılıqlı hörmət və etimad mühitində dinc birgə yaşayışın təbliği,
  • Müxtəlif mədəniyyətlər və ənənələrə qarşı tolerantlıq və anlayışın aşılanması,
  • Qəzəb, qərəz, nifrət, müxtəlif fobiyalar və mənfi ictimai təmayüllərin və ehkamların qarşılıqlı hörmətə və inama çevrilməsi,
  • Bərabərlik və barışın təşviq edilməsi.

Qeydlər:

  • Əgər yaratdığınız musiqi, video, yazılı əsər və ya yaradıcı texnologiyadırsa, digər səhifələrdən linki qeyd edə bilərsiz (Youtube, Vimeo və s.).
  • Təqdimatlar yalnız #peace4culture #create4peace həştəqləri ilə yararlı sayılacaq.
  • Aksiya 2021-ci il ərzində davam edəcək.
  • Aksiya ilə bağlı suallarınızı [email protected] email ünvanına göndərə bilərsiniz.

Yarat və sülhə sən də öz töhfəni ver!

#peace4culture #create4peace 

Bu məqalə sizin üçün faydalı oldumu?