IV Beynəlxalq Satirik Rəsm Müsabiqəsi

8 Aprel 2021Xəbər
news-inner-photo

Son müraciət tarixi: 31 may 2021-ci il

Kimlər iştirak edə bilər: hər kəs üçün açıqdır.

IV Beynəlxalq Satirik Rəsm Müsabiqəsi arı və arı məhsulları mövzusunda işlərin qəbulunu açıq elan edir.

Müsabiqəyə işlərin qəbulu 3 yaş kateqoriyası üzrə aparılır:

  • 7-11 yaş
  • 12-17 yaş
  • 17 yaş və daha yuxarı 

Uyğunluq meyarları

Müraciətlər aşağıdakı əsas meyarlara əsasən qiymətləndiriləcək:

  • yumor hissi
  • maraqlı süjet
  • yaradıcı yanaşma
  • icra texnikası
  • əsərlərin müsabiqə mövzusuna uyğunluğu.

Mükafat

Müsabiqənin qalibləri hədiyyələr və pul mükafatları ilə təltif olunacaq. Mükafat fondu 40 min Ukrayna qrivnasıdır.

Müsabiqədə iştirak etmək üçün namizədlər müraciət formasını doldurub, işi göndərməlidirlər. Elektron formada işlərin qəbulu [email protected] üzərindən aparılır.

Hər bir iddiaçı A4 yaxud A3 vərəqdə maksimum 3 iş təqdim edə bilər. Elektron versiya üçün: A4 formatı, RGB rəng konsepsiyası, 300 dpi ayırdetmə keyfiyyəti, faylın maksimal ölçüsü 3 MB-a qədər.

Ətraflı məlumat almaq üçün bu linkə müraciət edə bilərsiniz.

Mənbə: https://www.irancartoon.com/site/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik