Proqramlaşdırmanı öyrənmək istəyən xanımlar üçün “Girls Making Change” sosial layihəsi

5 Aprel 2021 Xəbər
news-inner-photo

Əziz xanımlar,

ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilən "Girls Making Change" sosial layihəsi proqramlaşdırmanı öyrənmək istəyən 17-21 yaş aralığındakı xanımların qəbulunu açıq elan edir!

Qeyd edək ki, yalnız 45 nəfərin iştirak haqqı qazanacağı layihə aşağıdakı mərhələlərdən ibarət olacaqdır:

1. Proqramlaşdırma kursu - Microsoft Office proqramları, C, C++, C# proqramlaşdırma dillərinin 6 ay ərzində tədrisi;

2. Şəxsi-inkişaf proqramı:

  • Liderlik, məqsədlərin təyin edilməsi, vaxtın idarəedilməsi bacarıqları, gender bərabərliyi və qadın hüquqları ilə bağlı təlimlər;
  • İT sahəsi üzrə təhsil verən universitetlərin və ölkə nəzdindkə İnnovasiya Mərkəzlərinin nümayəndələrinin məlumat sessiyaları;
  • Ölkə daxili və xaricindəki uğurlu qadın rol modellərlə karyera planlaşdırılması üzrə görüşlər.

3. Hackathon - layihə iştirakçısı olan şəxslərdən yalnız 21 nəfər sondakı müsabiqəyə qatılacaq və seçilən qaliblər xüsusi hədiyyələrlə təltif olunacaqlar.

Layihədə iştirak üçün İT sahəsi üzrə təhsil almaq və ya təməl biliklərə sahib olmaq gərəkli deyil. 3 mərhələli seçim prosesində iştirakçıların riyazi və məntiqi bilikləri imtahanla yoxlanılacaqdır.

Layihənin ilkin mərhələləri onlayn şəkildə həyata keçiriləcəyi üçün ölkənin istənilən bölgəsindən şəxslərin müraciəti qəbul edilir.

Qeydiyyat linkihttps://forms.gle/7jFDbNmftDdFdmzw6

Müraciət üçün son tarix: 15 aprel 2021-ci il (saat 00:00)

İştirakçı sayı limitli olduğundan qısa müddət ərzində müraciətinizi tamamlamanızı tövsiyə edirik. Uğurlu namizədlər növbəti mərhələ haqqında məlumatı e-məktub ilə əldə edəcəklər.

Mənbə: https://edumap.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?