“Qarabağ uşaqların gözü ilə” videoçarx müsabiqəsinə start verilir

5 Aprel 2021Xəbər
news-inner-photo

Aprelin 1-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən “Qarabağ uşaqların gözü ilə” respublika onlayn videoçarx müsabiqəsi”nə start verilir. 

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn keçirilən müsabiqənin məqsədi Qarabağın qədim tarixi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti, adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, həmçinin istedadlı uşaq və gənclərin aşkar edilməsindən ibarətdir.

3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 mərhələdə keçirilən müsabiqə üzrə tələblər aşağıdakılardır: 

  • Videoçarx video kamera, planşet və ya mobil telefon vasitəsilə çəkilə bilər;
  • Videoçarx məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Professional və ya peşəkarlar tərəfindən çəkilən videoçarxlar qəbul edilmir;
  • Videoçarxın müddəti 3 dəqiqədən artıq olmamalıdır;
  • Müsabiqə iştirakçıları videoçarx janrını seçməkdə sərbəstdir (videoklip, reportaj, müsahibə və s.);
  • Videoçarxda şəkillərdən, arxiv materiallarından və s.-dan istifadə oluna bilər.
  • Videoçarxda görüntülər aydın və keyfiyyətli çəkilməli, nitq səlis və ifadəli, jest, mimika, səs tonu aydın olmalıdır;
  • Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx təqdim edə bilər;
  • Videoçarxın əvvəlində müəllifin adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır.

I mərhələ - 1 aprel - 20 may 2021-ci il. Respublikada fəaliyyət göstərən hər bir ümumtəhsil məktəbi və uşaq-gənclər inkişaf mərkəzi münsiflər heyəti təşkil edir və hər yaş qrupu üzrə seçilmiş 1 videoçarxı [email protected] elektron poçt ünvanına göndərir.

II mərhələ - 21 may - 1 iyun 2021-ci il. Münsiflər heyəti tərəfindən təqdim edilən işlər müvafiq meyarlar üzrə qiymətləndirilir və qaliblər seçilir.

Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda (+994) 12-372-72-63  və (+994) 55-783-23-71  telefon nömrələri ilə əlaqə saxlanıla bilər. 

Hər yaş qrupu üzrə I, II, III və həvəsləndirici yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Mənbə: https://edu.gov.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik