“Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyin yaradılması ilə bağlı görüşə dəvət

4 Aprel 2021 Xəbər
news-inner-photo

Sizi aprelin 8-i, saat 14:00-da, ZOOM proqramı vasitəsilə “Azərbaycan Animasiya Assosiasiyası” (AAA) ictimai birliyinin yaradılması ilə bağlı görüşə dəvət edirik!

XÜSUSİ QONAQ: Ramil Abbakirov - Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və İnnovativ İnkişaf şöbəsinin Beynəlxalq Layihələr və İnnovasiyalar sektorunun müdiri.

Tezliklə yaradılacaq AAA-nın məqsədi Azərbaycanda animasiya incəsənətini və sənayesini inkişaf etdirməkdir.

Bütün animasiya studiyalarını, animasiya peşəkarlarını və həvəskarlarını onlayn tədbirə dəvət edərək, AAA-nın qurulmasında iştirak etməyə səsləyirik!

Görüşdə aşağıdakı mövzular müzakirə ediləcək:

  • AAA nədir və nə üçün yaradılır?
  • AAA-nın yaradılmasında necə iştirak edə bilərəm və nə qazanacağam?

GİRİŞ SƏRBƏSTDİR, QEYDİYYAT MƏCBURİDİR: https://forms.gle/hJDLnW8RJMyAQ6fY9

Bu formanı doldurduqdan sonra e-mailinizə görüşün ZOOM linki göndəriləcək. Həmin linkə keçid edib görüşdə onlayn iştirak edə bilərsiniz. Onlayn görüş yazılacaq və YouTube-a yüklənəcək.

“Azərbaycan Animasiya Assosiasiyası” (AAA) - Azərbaycanda animasiya kinosunun inkişafı üçün tezliklə yaradılacaq qeyri-hökumət təşkilatıdır (İctimai Birlikdir).

“Azərbaycan Animasiya Assosiasiyası”nın əsas fəaliyyət istiqamətləri:

  • Milli animasiya incəsənətini və sənayəsini inkişaf etdirmək
  • Vahid onlayn animasiya platformasını yaratmaq
  • Animasiya vasitəsi ilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliyi təşviq etmək
  • Animasiya studiyaları, animasiya pəşəkarları və həvəskarlarını birləşdirmək və onlara dəstək vermək
  • Milli animasiya maraqlarını müdafiə etmək
  • Milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etmək

Mənbə: https://www.facebook.com/Azerbaycan.animasiyasi/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?