Tətbiqi və Ədəbi Sənət Vebinarı

18 Mart 2021 Xəbər
news-inner-photo

Tarix: 19 mart 2021-ci il

Saat: 10:00-11:30

YUNESKO-nun Almatı şəhərində yerləşən klaster ofisi tərəfindən Mədəniyyət və yaradıcı sənayelərə dair məlumatlılığın artırılması məqsədilə onlayn vebinarlara start verilmişdir.

Bu vebinarlar mədəniyyət və yaradıcı sənayelər və yaradıcı iqtisadiyyatın təbliğinin əhəmiyyəti haqqında Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin səlahiyyətli qurumlarında (məs: Mədəniyyət Nazirlikləri, YUNESKO üzrə Milli Komissiyalar və digər tərəfdaşlar) məlumatlılığın artırılması məqsədilə bu sahələrdə beynəlxalq səviyyədə tanınmış ekspertlərin iştirakı ilə baş tutur.

Bütün vebinarlar onlayn formatda rus və ingilis dilində keçirilir (sinxron tərcümə ilə təmin edilməklə). Vebinarlar aidiyyəti dövlət müəssisələri, QHT-lər və vətəndaş cəmiyyəti və tədqiqat təşkilatlarının bütün maraqlı nümayəndələri üçün açıqdır.

Vebinarın spikeri: xanım Meijing He təsviri, tətbiqi və ədəbi sənət daxil olmaqla mədəniyyət sahəsində 14 illik təcrübəyə malik incəsənət mütəxəssisi, konsultant və təlimçidir. Yaxın zamana qədər British Council təşkilatının 2016-2018-ci illərdə Yeni Zelandiyada və 2012-2016-cı illərdə isə Çinin Honq Konq XİR-da İncəsənət və Tərəfdaşlıq proqramlarının rəhbəri olub. Bundan əvvəl British Council Çin ofisində (2005-2012) incəsənət direktoru idi və menecment, təcrübə proqramları, ictimai incəsənət, sponsorluq və ticarət siyasətinə rəhbərlik edirdi. Meijing qlobal şəbəkəyə və incəsənət xadimləri ilə mədəniyyət qurumları arasında beynəlxalq əməkdaşlıq əlaqələrini asanlaşdırmaq üçün geniş təcrübəyə sahibdir. O, dövlət nümayəndələrinə və vətəndaş cəmiyyəti təşkilatlarına mədəniyyət sektorunda idarəetmə və sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə köməklik göstərib. Fiji, İndoneziya, Yeni Zelandiya, Birləşmiş Krallıq və Çində müxtəlif mədəniyyət siyasəti layihələrini hazırlamış və onları idarə etmişdir. Londonda yerləşən City Universitetində İncəsənət Menecmenti üzrə magistr dərəcəsi alıb.

Vebinarda iştirak etmək üçün qeydiyyatdan keçməyiniz xahiş olunur.

Mənbə: http://en.unesco.kz/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?