Video Oyunlar Sənayesi necə dəyişir?

12 Mart 2021Məqalalələr
news-inner-photo

İlk dəfə 1958-ci ildə yaradılmasına baxmayaraq video oyunlar 1970-ci illərdə məşhurlaşmağa başlamışdır. Uzun inkişaf yolu keçmiş oyun sənayesi hal-hazırda özünün sürətli inkişaf mərhələsini yaşayır. Pandemiyanın böyük miqyasda mənfi təsirlərini görsək də, oyun sənayesi üçün bu şərait bir fürsətə çevrilmişdir. Bir sözlə, yaradıcılığın oyun sənayesində inkişaf tempi sürətlənmiş, iqtisadiyyatda çəkisi artmışdır.

Statistikaya əsasən, 2020-ci il üçün oyun sənayesinin 159.3 milyard ABŞ dolları həcmində olacağı proqnoz edilirdi. Dünyada pandemiya ilə bağlı baş verənlər fonunda bu sənaye sahəsi üçün açılan yeni imkanlar bu rəqəmin 19.6% artaraq 174.9 milyard ABŞ dollara yüksəlməsinə səbəb oldu. Artımda mobil oyunların payı 86.3 milyard ABŞ dollarıdır, bu isə qlobal bazarın 49%-ni təşkil edir. Rəqəmləri daha ətraflı bu qrafikdən analiz edə bilərsiniz.

Mütəxəssislər 2023-cü ildə video oyunlar sənayesində dövriyyənin 200 milyard ABŞ dollarını keçəcəyini proqnozlaşdırır.

Video oyunlar sənayesində 2020-ci ildə ən çox gəlir əldə edən 5 ölkəyə daxildir:

  • Çin – 40.854 milyard ABŞ dolları
  • ABŞ – 36.921 milyard ABŞ dolları
  • Yaponiya – 18.683 milyard ABŞ dolları
  • Cənubi Koreya – 6.564 milyard ABŞ dolları
  • Almaniya - 5.965 milyard ABŞ dolları

Sıralamada Azərbaycan illik 87 milyon ABŞ dolları həcmində gəlirlə 67-ci yerdə qərarlaşıb.

Oyun sənayesindən əldə olunan gəlirə görə şirkətlərin sıralaması aşağıdakı cədvəldə göstərilmişdir.

Bu siyahıdan isə aylıq olaraq aktiv istifadəçilər tərəfindən sıralanmış “Dünyanın Ən Populyar Top 20 Oyunu”nu görə bilərsiniz. Sıralama kompüter üzərindən oynanılan video oyunlara əsasən hazırlanmışdır.

Dünyada oyun sənayesində baş verən dəyişiklik ölkəmizdə də öz təsirini göstərmişdir. Azərbaycanda ilk dəfə “Kreativ Azərbaycan”ın da tərəfdaşı olduğu Global Game Jam baş tutdu və tədbir pandemiya səbəbindən onlayn təşkil edildi. Tədbirdə iştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar təqdim edildi. 10-dan çox olan oyunun hər biri öz müəllifinin yaradıcı düşüncəsinə görə maraqlı alınmışdı.

Həmçinin Game FactoryGametech Azerbaijan tərəfindən təşkil olunan “Game Dev” konfransı 6 mart tarixində onlayn formatda baş tutdu. Konfransın spikerləri arasında gənc Azərbaycanlı oyun yaradıcılarının olması çox qürurverici idi.

Aparılan araşdırmalar göstərir ki, video oyunlar sənayesi inkişaf tendensiyasını izləməyə davam edir və hətta sürəti günü-gündən artır. Azərbaycanda da bir neçə il əvvəllə müqayisədə bu sahədə böyük addımlar atılıb, artıq biz qlobal bazarda yerli oyunlarımızı görə bilirik. Bu irəliləyişin istər iqtisadiyyatda, istərsə də yaradıcılıqda müsbət təsiri özünü göstərməkdədir.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik