Dağ və macəra fotoqrafları üçün beynəlxalq müsabiqə

25 Fevral 2021 Xəbər
news-inner-photo

Təşkilatçı: Banff İncəsənət və Yaradıcılıq mərkəzi

Kimlər iştirak edə bilər: bütün dağ fotoqrafları

Son müraciət tarixi: 1 mart 2021-ci il

Bütün dağ və macəra fotoqrafları Banff Mərkəzi Dağ Film və Kitab Festivalı üçün Təqdimat Fotosu Müsabiqəsində iştiraka dəvət edilir.

Sizin çəkdiyiniz fotoşəkil 46-cı illik Banff mərkəzi dağ film və kitab festivalını və “World Tour” təmsil edə bilər. İllik təqdimat fotoşəkli posterlər, açıqçalar, afişalar, veb-sayt, festival broşurları, festival proqramları və World Tour Jurnalları daxil olmaqla bütün marketinq materiallarında istifadə olunur.

Müsabiqə həvəs və enerji oyadan, dinamik və diqqətçəkən mənzərəyə sahib və ya dağ fəaliyyətlərini əks etdirən bir təsviri axtarır. Təsvir dağ məzmununda olması şərti ilə dünyanın hər yerindən ola bilər. Fotoşəklin həm üfüqi, həm şaquli formada istifadəsi mümkün olmalıdır.

Əvvəlki illərdə keçirilmiş müsabiqələrdə qalib fotolara buradan baxa bilərsiniz.

Mükafat

Qalib 3,000 Kanada dolları pul mükafatı əldə edəcək.

Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi səhifəyə daxil olun.

Mənbə: https://intercompetition.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?