“Qarabağ abidələri” adlı respublika onlayn rəsm və əl işləri müsabiqəsinə start verilib

24 Fevral 2021 Xəbər
news-inner-photo

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsinə start verilib.

22 fevral – 22 aprel tarixlərində onlayn platformada təşkil olunan müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə doğma vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Müsabiqə 3 yaş qrupu (8-10, 11-14,15-17), “Rəsm” və “Əl işləri (maketlər)” nominasiyaları üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Müsabiqəyə rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlər də dəvət olunur.

Müsabiqə 3 mərhələdə keçilir: 

I mərhələ – 22 fevral – 31 mart 2021-ci il. Bu mərhələdə təhsil müəssisələrinin təşkilat komitələri tərəfindən hər yaş qurupu üzrə seçilmiş iştirakçıların, eləcə də müsabiqəyə qatılan müəllimlərin rəsm və əl işlərinin fotosu [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, 1 iştirakçı 1 nominasiya üzrə iştirak edə bilər.

II mərhələ – 1 – 10 aprel 2021-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qaliblər müəyyənləşdirilir.

III mərhələ – 22 aprel 2021-ci il. Yekun mərhələdə hər yaş qrupu üzrə bir iştirakçı və bir müəllim Qran-pri mükafatı ilə, qaliblər diplom və sertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Müsabiqə ilə bağlı sual yarandığı halda +994124215466 və +994124214191 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz. 

Mənbə: https://edumap.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?