Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib

22 Fevral 2021 Xəbər
news-inner-photo

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib.

Müsabiqə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi tərəfindən təşkil edilib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını mayın 15-dək [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müsabiqənin qalibi beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək və mayın 30-da elan ediləcək. Qalib gələn müəllifin eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq. Həmçinin qalibə pul mükafatı təqdim olunacaq.

Müsabiqənin qalibi xarici vətəndaş olarsa, onun xalça kəsimi mərasimində iştirak etməsi üçün yol və mehmanxana xərcləri muzey tərəfindən ödəniləcək.

Mənbə: https://apa.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?