Qlobal musiqi müzakirələri: Eurovision-un milli musiqi sənay...
Goethe İnstitutu Sənət adamları üçün Almaniyaya Səyahət Qrantları təklif edir

Təşkilatçı: Goethe İnstitutu
Kimlər iştirak edə bilər: İnkişaf etməkdə və keçid dövründə olan ölkələrdən olan sənətçilər
Son müraciət tarixi: Müraciətlərin qəbulu davam edir.
Sənət adamlarının Almaniyada çıxış etmələri üçün Goethe İnstitutu 2021 Səyahət Qrantları üçün müraciətləri açıq elan edir. Bu maliyyə vəsaiti inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrin iqtisadi vəziyyətlərinə görə beynəlxalq səyahət xərclərini ödəyə bilməyən musiqi ansambllarının layihələri üçün nəzərdə tutulub. Peşəkar ansambl və sənətçilərlə yanaşı həvəskar və gənc qruplar da qrantda iştirak edə bilər. Bir qayda olaraq səyahət qrantı formasında həyata keçirilir.
Goethe İnstitutu Alman dilinin xaricdə öyrənilməsini təbliğ edən, beynəlxalq mədəni mübadilə və əlaqələrin yaradılmasını təşviq edən, dünyanın 159 institutu ilə əməkdaşlıq edən qeyri-kommersiya təşkilatı statusunda olan Alman mədəniyyəti assosiasiyasıdır. Təşkilatın Alman dili kurslarında hər il təqribən 246 min insan iştirak edir.
Uyğunluq meyarları
- Namizədlər inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrdən olmalıdırlar. Siyahıya buradan baxa bilərsiniz.
- Müraciət edən ansambl yüksək səviyyədə musiqi performansı nümayiş etdirməlidir.
- Layihənin mədəni əhəmiyyəti.
- Sənət mübadiləsi layihədə əsas yer tutmalıdır.
- Ardıcıl proqram və qrafik.
Aşağıdakılar maliyyələşdirmə üçün uyğun deyil:
- Fandreyzinq məqsədli musiqi layihələri
- Qısa/həftəsonu səyahətləri, eləcə də turistlik məqsədli səyahətlər.
- Folklor tədbirləri.
- Partizan, dini və ya ideoloji baxışların yayılmasına yönəlmiş layihələr.
Mükafat
Səyahət qrantı
Necə müraciət etmək olar?
Müraciət üçün tələb olunan sənədlərin siyahısına aşağıdakılar daxildir:
- Doldurulmuş müraciət forması
- Layihənin ətraflı təsviri
- Ən son audio yazı (linki)
- Ansamblın qısa tarixi
- Detallı qrafik və cədvəl
- Ərizəçi tərəfindən xarici ansambla göndərilən dəvət
- İki tur operatorundan və ya onlayn qiymət müqayisə portalından iki təklif
- Hər bir iştirakçının rolunu, doğum tarixini və yaşayış yerini göstərən nömrələnmiş iştirakçı siyahısı.
Almaniyada musiqi layihələrinin maliyyələşdirilməsi üçün müraciətlər layihənin nəzərdə tutulan başlanma tarixindən ən azı altı ay əvvəl təqdim edilməlidir!
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi səhifəyə daxil olun.
Mənbə: http://www.mladiinfo.eu/
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

