Aut quia eos reprehe
“Online Startup School” proqramı üçün qeydiyyat açıq elan edilir

İnnovasiyalar Agentliyi təcrübəli mentor komandası və Azərbaycan dilində 30-dan artıq tədris materialı ilə 30 fundamental mövzunu özündə birləşdirən “Online Startup School” layihəsi üçün qeydiyyatı açıq elan edir!
30-dan çox fundamental mövzunu özündə birləşdirən proqramın əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində sahibkarlığın və startap hərəkatının dəstəklənməsi, Azərbaycan gənclərinə müasir və beynəlxalq standardlara uyğun startap quruculuğu, texnoloji biznes idarəetməsi və inkişafı ilə bağlı biliklərin aşılanmasıdır.
Proqram "Y Combinator" və Steve Blank-in beynəlxalq təcrübələri əsasında Azərbaycan dilində hazırlanmışdır. Əgər siz də ideya, konsepsiyalaşdırma, müştəri analizi, maliyyə planlaşdırılması, komanda quruculuğu kimi bir çox önəmli mövzuları özündə birləşdirən və 2.5 ay davam edən tədris proqramına qoşulmaq, daha sonra öz nümunə konsepsiyanızı hazırlamaq istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin!
“Online Startup School” nədir?
Kurs proqramı barədə:
İnnovasiyalar Agentliyinin təşəbbüsü ilə ərsəyə gətirilən “Online Starup School” proqramı təşəbbüskarlığa yeni başlayan, əlində sadəcə ideyası olan gənclərin ideyalarını inkişaf etdirərək layihəyə, layihələrini inkişaf etdirərək onu MVP-yə (Minimum Viable Product), MVP-ni inkişaf etdirərək məhsula, məhsulu isə müştərilərə təqdim edərək biznesə çevirmələri üçün başdan sona qədər mərhələli şəkildə startap təhsilini özündə birləşdirir.
Tədris prosesi barədə:
“Online Startup School” öz tədris proqramları və materialları ilə dünyaca məşhur "Y Combinator" və Stanford Universitetinin materialları əsasında Azərbaycan dilində hazırlanmışdır. Kursun müddəti 2.5 aydır (10 həftə).
Qatılma şərtləri:
Kursa qatılmaq üçün minimum startaplar və onların istiqamətləri barədə minimal bilgilərə sahib olmalısınız. Proqram əsasən universitet tələbələri və daha yuxarı yaş qrupları üçündür (məktəblilər üçün deyil).
Proqram və sertifikatın əldə edilməsi barədə:
Dərslər həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə) saat 18:00-da 45 dəqiqə olmaqla, onlayn formada keçiriləcək. Tədris prosesinin ortasında 1 dəfə və sonunda 1 dəfə olmaqla 2 dəfə test sınaq imtahanı keçiriləcəkdir.
Hər həftənin şənbə günü 1 saatlıq sual-cavab və tapşırıqlara baxış sessiyası keçiriləcək. Həftəlik araşdırmaq və oxumaq üçün müxtəlif materiallar veriləcək. Tapşırıqlar isə müəllimlərimiz tərəfindən dəyərləndiriləcəkdir. İlk 3 həftəlik proqramda tapşırıqlar azad, lakin sonrakı həftələrdə tapşırıqları etməyən tələbələrin kursda iştirakı mümkün olmayacaq.
Proqramın sonunda sertifikat hər bir iştirakçıya veriləcək 1 startap konsepsiya təqdimatının hazırlanması tapşırığının müəllimlər tərəfindən veriləcək rəyinə əsasən təqdim ediləcəkdir. Həmçinin sertifikatın təqdim edilməsi üçün hər iki test imtahanından minimum 70% nəticənin əldə edilməsi də vacibdir.
Qeyd: Sertifikat almaq istəyən namizədlərin bütün dərslərdə və imtahanlarda iştirakı mütləqdir.
Kursun müddəti: 2,5 ay
Qeydiyyat linki: https://forms.gle/VoqNNz38AiVB4stX8
Son qeydiyyat tarixi: 25.01.2021
PROQRAM ÖDƏNİŞSİZDİR.
Mənbə: https://www.facebook.com/barama.az/
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA