Gənc videoqraflar üçün “İrs dəqiqələri” qısa videolar müsabiqəsi müraciətlər üçün açıqdır

13 Yanvar 2021Xəbər
news-inner-photo

Son müraciət tarixi: 11 fevral 2021-ci il, saat 01:59 (Bakı vaxtı ilə)

Kimlər iştirak edə bilər: Namizədlər İƏT Üzv Dövlətlərindən olmalı və ya müsəlmanların azlıqda yaşadığı ölkənin sakini olmalıdır. Yaş aralığı: 18-30 yaş

Təsvir

İslam irsinin öyrənilməsi tarixi və mədəni fenomen kimi İslam haqqında düşünməyə vadar edən güclü resursdur. Müsəlmanların mədəni və sivil irsi ətrafında olan qeyri-müəyyənlik gənc müsəlmanları öz gələcəkləri barədə əsaslandırılmış qərarlar qəbul etmələrini əngəlləyərək onların mədəniyyət, incəsənət, elm və sivilizasiyanın istehsalçıları və sahibləri kimi keçmiş intellektual rollarını tam həyata keçirmələrinin qarşısını almışdır. Müsəlman intellektual irsinin başa düşülməsində və qiymətləndirilməsində mövcud olan bu ciddi boşluq və onun keçmiş mədəniyyətlər və sivilizasiya ilə fikir mübadiləsindəki əhəmiyyəti tez-tez İslam mədəniyyəti və sivilizasiyası ilə bağlı təhrif olunmuş təsəvvürlərə, fikirlərə, rəvayətlərə və qaçılmaz anlaşılmazlıqlara gətirib çıxardı. Xüsusən qeyri-müsəlmanlarla birgə yaşayan müsəlman gənclər tarixən müsəlman bölgələrinin mədəni və intellektual kontekstindən uzaqlaşdıqları üçün bu seçm qarşısında istisna təşkil etmirlər. Bu gün İslam irsinin qiymətləndirilməsi həmişəkindən daha vacibdir və daha yaxşı, firavan gələcəyi yenidən təsəvvür etmək üçün zəruridir.

Uyğunluq meyarları

  1. Namizədlər üçün yaş aralığı: 18-30 yaş
  2. Təqdimata namizəd qısa bioqrafiyasını əlavə etməlidir.
  3. Namizədlər kontentlərini YouTube vasitəsilə təqdim etməlidirlər və bu sahədə əvvəldən yayınlanmış məzmuna sahib olmalıdırlar.
  4. Video İslam Əməkdaşlıq Təşkilatının rəsmi dillərindən (ərəb, ingilis, yaxud fransız) birində hazırlanmalıdır. İngiliscə altyazı mütləqdir.
  5. Videolar aşağıda göstərilən xüsusiyyətləri əks etdirməlidir.
  6. 1-ci buraxılışın mövzusu aşağıdakı alt mövzularla “İslam memarlığı”dır:
    • Yerli İslam sivilizasiyası və mədəni ərazilər
    • Müsəlman memarlar
    • Məscidlər
    • Şəhərlər və mədəni irsə dair görməli yerlər
    • Gənc sənətkarların gözü ilə İslam irsinə dair görməli yerlər
    • İslamofobiya səbəbindən bağlanan və ya təcrid olunan İslam məkanları
  7. Namizədlər İƏT Üzv Dövlətlərindən olmalı və ya müsəlmanların azlıqda yaşadığı ölkənin sakini olmalıdırlar.Yekun nəticə tam elan olunana qədər təqdimatlar digər müsabiqə və ya qurumlarla paylaşıla, onlara təqdim edilə bilməz.
  8. Müraciətlər müsabiqənin konsepsiyasına, İslam irsinin roluna və onun qlobal mədəniyyətə və sivilizasiyaya verdiyi töhfələrə uyğun olmalıdır.
  9. Təqdim edilən işlər müsabiqənin əsas mövzusuna uyğun olmalıdır.
  10. Bütün işlər orijinal, kreativ və keyfiyyətli olmalıdır.
  11. Final seçimlərində gender balansı və bölgələr nəzərə alınacaq.

Texniki meyarlar:

  1. Xronometraj: maksimum 3 dəqiqə
  2. Video formatı: MP4, .MPEG, .AVI yaxud .MOV
  3. Videonun ayırdetmə keyfiyyəti: 1920×1080, horizontal
  4. Kodek: Platformalar arasında mümkün qədər çox köçürmə imkanını təmin etmək üçün xüsusi kodeklərdən istifadə etməyin.
  5. Səs seçimi sərbəstdir, lakin səs çatışmazlığı videonun anlaşılmasına minimal təsir göstərməlidir.
  6. Struktur: Videonun əvvəlində adı, müəlliflər, təşkilat və sonda isə çəkilişdə iştirak edən heyətin adının yazıldığı video örtüyü olmalıdır.
  7. Videonun hər hansı kommersiya mövzusu olmamalı və hər videonun müəllifləri vizual və səs məzmununa görə müəllif hüquqlarına sahib olmalıdırlar.
  8. Hər bir videoya PDF sənəd formatında qeyd olunan məlumatları əhatə edən bir səhifəlik təsviri məlumat əlavə edilməlidir: başlıq, təqdim edən şəxsin adı və soyadı, pasport sənədinin surəti və əlaqə məlumatları (E-poçt və mobil WhatsApp).

Mükafatlar:

  1. Sertifikatlar
  2. 5 qalib üçün pul mükafatları:
    • 1-ci yer: 1000 ABŞ dolları
    • 2-ci yer: 750 ABŞ dolları
    • 3-cü, 4-cü və 5-ci yerlər: 500 ABŞ dolları

Aljazeera Media Network və TRT World tərəfindən staj keçmək imkanları təqdim olunur.

Xüsusi qeyd: Yalnız seçilmiş iştirakçılara müraciətlərinin uyğunluğu barədə məlumat veriləcək.

Necə müraciət etmək olar?

Ətraflı məlumat almaq və müraciət etmək üçün xahiş olunur rəsmi sayta keçid edin.

Seçim nəticələri barədə ümumi məlumat ICYF və onun sosial media hesablarında yerləşdiriləcəkdir.

Mənbə: https://www.icyforum.org/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik