Azərbaycanda maarifləndirici komikslər yaradıldı

29 Dekabr 2020Xəbər
news-inner-photo

Azərbaycanda maarifləndirici komiks sənayesinin inkişafına həsr olunmuş layihənin həyata keçirilməsi davam edir.

Komikslər illüstrasiyalarda müəyyən bir problemə toxunmağa və onu aşkarlamağa kömək edir, problemin həllini yumoristik bir şəkildə təklif edir. Gözümüz ilə gördüyümüz və yumorla qavradığımız məsələləri daha yaxşı yadda saxladığımız üçün "Arts Council Azerbaijan" aktual problemlərin həllinə yönəlmiş işləri dəstəkləməyə həmişə hazırdır.

Maarifləndirici komiklərinin yaradılması ideyasının müəllifi "Arts Council Azerbaijan" QHT-nin rəhbəri rəssam Dadaş Məmmədovdur.

Bu layihə BMT-nin İnkişaf Proqramı Kür II Layihə qrupunun təşəbbüsü ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gürcüstanın Ətraf və Kənd Təsərrüfatı Nazirliyi və "Arts Council Azerbaijan" QHT tərəfindən dəstəklənmişdir.

Azərbaycan və Gürcüstanda yaradılan və nəşr olunan maarifləndirici komik seriyalarının məqsədləri suyun qorunması məsələsinə qayğı ilə yanaşmaq barədə məlumatlılıq yaratmaqdır.

Komikslər üç dildə - Azərbaycan, gürcü və ingilis dillərində çap olunub.

Hər biri altı hekayədən ibarət olan iki nəşr artıq çap edilmişdir. Komikslərin Tiflisdə və Bakıda həm rəqəmsal, həm də çap şəklində yayılması planlaşdırılır. Müəlliflər kökləri beynimizdə yatan həddindən artıq su istehlakı vərdişini dəyişdirməyə çalışmaq üçün mümkün qədər geniş oxucu dairəsinə müraciət ediblər.

Komikslərin hər sayında ifadəli illüstrasiyalar və düşüncəli yazılarla izah edilən suyun qorunması ilə bağlı təsirli hekayələr yer alır. Hər yaş üçün hazırlanmış hekayələr Yer planetinin sakinləri üçün suyun son dərəcə dəyərli bir qaynaq kimi əhəmiyyətini vurğulayır.

Mənbə: https://www.trend.az/

Bizi sosial şəbəkələrdə izləyin:

Facebook:  facebook.com/creative.az  

Instagram: https://www.instagram.com/kreativaze/

LinkedIn: https://www.linkedin.com/company/kreativaze

Telegram: https://t.me/kreativaz

Twitter: https://twitter.com/KreativAze

YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik