“Yaradıcı həllərə doğru” Olimpiadasının final mərhələsi onlayn baş tutacaq: 16 dekabr, saat 15:00

15 Dekabr 2020Xəbər
news-inner-photo

“InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində 16-17 dekabr 2020-ci il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk "Creative Solution Go" – “Yaradıcı həllərə doğru” Olimpiadası təşkil ediləcək.

Olimpiadanın final mərhələsi onlayn olaraq 16 dekabr saat 15:00-da Zoom üzərindənFacebook səhifəmizdə canlı olaraq yayımlanacaqdır.

“Pandemiya dövründə necə yaşamalı” mövzusunda keçiriləcək Olimpiadanın məqsədi pandemiya şəraitində gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərinin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmaq, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdir.

Olimpiada 2 kateqoriya üzrə keçirilir:

  • Oyun dizayn və təqdimatı,
  • Animasiya dizayn və təqdimatı.

7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan Olimpiadanın əsas şərtlərindən biri iştirakçıların oyunu “hər kəsə açıq” moduna gətirməsidir. İştirakçılar oyun və animasiya təqdimatlarını hazırlayaraq, 2 dəqiqəlik video halında AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təlimçi heyəti ilə paylaşacaq.

Qalib gələn iştirakçılar təşkilatçılar və tərəfdaşlar tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Yayıma necə qoşulmaq olar?

Zoom Meeting: https://zoom.us/j/97445714072

Meeting ID: 974 4571 4072

Facebook səhifəmiz: https://www.fb.com/robot.org.az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook:  facebook.com/creative.az  

Instagram: https://www.instagram.com/kreativaze/

LinkedIn: https://www.linkedin.com/company/kreativaze

Telegram: https://t.me/kreativaz

Twitter: https://twitter.com/KreativAze

YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik