Peşəkarlar Foto-müxbirlər üçün Beynəlxalq Müsabiqə: "Koronavirusla mübarizəyə həsr olunmuş Xəbərlər üzrə Foto Mükafatları"

20 Noyabr 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 30 noyabr 2020-ci il

Kimlər iştirak edə bilər:

Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar foto-müxbirlər üçün açıqdır. Rəsmi olaraq kütləvi informasiya vasitəsi kimi qeydiyyatdan keçmiş hər hansı bir nəşrdə yerləşdirilən görüntüləri foto lentin yaddaşına həkk edən peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Təsvir

Müsabiqə Rusiyanın Xəbər Agentliyi TASS tərəfindən təşkil edilir.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq foto müsabiqədir. COVID-19 pandemiyası ilə əlaqəli hər hansı fotoşəkil təqdim edilə bilər.

Uyğunluq meyarları

  • Yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər uyğundur.
  • Seriya fotoşəkillər təqdim edilməsi halında, onlardan ən azı biri müsabiqəyə təqdim edilməzdən əvvəl mediada yayımlanmış olmalıdır.
  • İki kateqoriya var: "Tək fotoşəkil" kateqoriyası və "Seriya foto şəkillər kateqoriyası". Hər bir iştirakçı “Tək fotoşəkil” kateqoriyasında 3-dən çox, “Seriya foto şəkillər kateqoriyası” kateqoriyasında 12-dən çox fotoşəkil təqdim edə bilməz.

İştirak haqqı: Müsabiqədə iştirak ödənişsizdir.

Mükafatlar

Əsas mükafat: 10.000 ABŞ dolları

Tək fotoşəkil kateqoriyası: 3.000 ABŞ dolları

Seriya fotoşəkillər kateqoriyası: 3.000 ABŞ dolları

Necə müraciət etmək olar?

Ətraflı məlumat almaq və müraciət etmək üçün xahiş olunur rəsmi sayta keçid edin.

Mənbə: https://intercompetition.com/

Bizi sosial şəbəkələrdə izləyin:

Bu məqalə sizin üçün faydalı oldumu?