Tıq-Tıqla Möcüzələr axtarışı davam edir

18 Noyabr 2020Xəbər
news-inner-photo

“Azanfilm” Studiyası “Tıq-tıq və dostları möcüzələr axtarışında” maarifləndirici, çoxhissəli animasiya filminin 2-ci hissəsinin istehsalını davam etdirir.

Animasiya filminin 2-ci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qobustan barədə maraqlı məlumatları balaca dostlarımıza çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaqdır.

Filmin istehsalının 2021-ci ilin marta ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyasında istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

Сənub bölgəmizdə bitən və nadir ağac hesab olunan dəmirağac haqqında, o cümlədən digər maarifləndirci məlumatlarla dolu olan animasiya filminin 1-ci hissəsini təqdim edirik.

“Azanfilm” Studiyasının YouTube kanalı

Mənbə: http://www.azanfilm.az/  

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik