Məsuliyyətli sosial media davranışı necə olmalıdır?

29 Sentyabr 2020 Məqalalələr
news-inner-photo

Sosial şəbəkələr şəxsi məlumat, foto, video, şərh və daha çox paylaşım edərək başqaları ilə ünsiyyət qurmaq vasitəsi günü-gündən inkişaf etdirilir. İstifadəçilər məzmun yaradarkən unutmamalıdırlar ki, sosial mediada heç bir məlumat şəxsi deyil. Paylaşılan hər bir məzmun yenidən paylaşıla və digər şəxslərin əlinə asanlıqla keçə bilər.

Sosial mediadan düzgün istifadə etməyin ən yaxşı üsulu etiket standartlarını izləməkdir. Həmin davranış qaydaları aşağıdakılardır:

  • Hüquqi məsləhət və ya hüquqi şərh verməkdən çəkinin.
  • Qanunsuz fəaliyyət təklif edən və ya təşviq edən hər hansı bir şərh, foto, video və s. paylaşmayın.
  • Göndərdiyiniz və ya aldığınız məzmuna dair intellektual mülkiyyət (intellectual property- IP) hüquqları və digər qanunlar və qaydaları pozmaqdan çəkinin.
  • Təhdid və təhqir edən, utandırıcı, təhqiramiz, böhtan, böhtan xarakterli və ya başqasının şəxsi həyatına qəsd edən materiallar göndərməyin.
  • Heç vaxt nifrət dolu və ya irqi, etnik və ya başqa bir şəkildə təhqiramiz materiallar ötürməyin.
  • Kimi kiber təhlükəsizliyi poza biləcək heç bir proqram yükləməyin.
  • İşinizi şəxsi sosial media profilinizlə əlaqələndirirsinizsə, həm özünüzü, həm də işəgötürəninizi təmsil etdiyinizi unutmayın.
  • İstifadə etdiyiniz hər bir sosial şəbəkənin özünəməxsus məxfilik və təhlükəsizlik qaydaları ilə tanış olun.
  • Təhlükəsizlik üçün ikiqat autentifikasiyadan istifadə edin.

Ölkədəki mövcud vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir müddət əvvəl yayımladığı məlumatı yenidən diqqətinizə çatdırmaq istəyirik.


Sosial şəbəkələrdən həmçinin ictimaiyyəti məlumatlandırmaq, dünyaya səsinizi duyurmaq üçün də istifadə edə bilərsiniz. Bunun üçün rəsmi məlumatları vahid həştəqlərlə bildiyiniz müxtəlif dillərdə yazaraq sosial media hesablarınızda paylaşa bilərsiniz. Sizin mütləq şəkildə diqqət etməli olduğunuz məqam isə istifadə etdiyiniz məlumatın rəsmi və paylaşım icazəsinin olmasıdır.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaze

Bu məqalə sizin üçün faydalı oldumu?