Mükəmməl Video Oyun İdeyaları üçün 10 Strategiya

18 Sentyabr 2020 Məqalalələr
news-inner-photo

İlk video oyununuzu yaratmağa hazırlaşırsınız? O zaman sizə yaxşı ideyalar lazımdır. Necə və haradan başlamaq lazım olduğunu bilmirsinizsə, bu məqalə sizə faydalı olacaq.

İlk oyununuzu dizayn etməyə çalışmaq şübhəsiz çətin ola bilər. Buna baxmayaraq, bu təcrübə sizə bu sənətdə daha yaxşı olmaq üçün çox şeyləri öyrədə bilər. Bu səbəbdən, sizə dəstək olaraq möhtəşəm video oyun ideyalarını ərsəyə gətirməkdə sizə kömək edəcək on yanaşma haqqında siyahı tərtib etdik.

1. Bir janrı seçin və onunla davam edin.


Bu sahədə çoxlu janrlar var. Bəziləri uzun illərdir ki, öz aktuallığını və auditoriyasını qoruyub saxlayır. Siz də öz sevimli janrınız haqqında düşünün. Seçim olaraq, Real zamanda strategiya oyunları (RTS)Birinci şəxs atıcı oyunları və ya yarış video oyunları ola bilər!

Müəyyən bir janrda inkişaf etməyə və onunla daha da kamilləşməyə çalışın. Bu zaman baxın ki, özünüzü bir oyun janrı ilə məhdudlaşdırdığınız zaman daha hansı ideyalar ortaya çıxır.

2. Sahəni seçin və ixtisaslaşın.


Janrla yanaşı həmçinin növbəti səviyyə olaraq mütləq sahəni də dəqiqləşdirməlisiniz: RTS əvəzinə fantastik strategiya oyunları, və ya yarış video oyunları əvəzinə elmi-fantastika yarış video oyunları.   

3. Bütün dünyaya baxın.


Dünya inanılmaz, heyrətamiz bir yerdir və burada çox fərqli insanlar yaşayır. Bəzən bu insanlar həqiqətən qəribə şeylər edirlər və nəticədə ortaya çox möhtəşəm işlər çıxır! Ətrafınızda baş verənləri izləməyə çalışın.

Hər gün insanların qarşılıqlı münasibətlərinə diqqət edin. Yalnız bir-biriləri ilə qarşılıqlı münasibətlərinə deyil, həmçinin dünya ilə olan münasibətlərinə də baxın. Nələr fərqlənir? Onlardan hər hansı biri yaxşı oyun üçün ideya ola bilərmi?

4. İnsanlardan nə oynamaq istədiklərini soruşun.


Bəzən ideyalar üçün insanlardan nə istədiklərini soruşmaq lazım gəlir. İdeyalarınızın oğurlana biləcəyindən və ya təkbaşına bir ideya verdiyiniz halda haqqınızın itiriləcəyindən qorxmayın.

İnsanlardan nə oynamaq istədiklərini soruşun! Onların yaxşı fikirləri ola bilər və bunu onlar üçün reallaşdıra bilsəydiniz, qəhrəman olardınız.

5. İnsanlardan nə oynamaq istəmədiklərini də soruşun.


Deyilənə görə bir dəfə Henri Ford belə deyib: "İnsanlardan nə istədiklərini soruşsam, daha sürətli atları mənə söyləyərlər." Bu təəssüfedici cavabdır.

İnsanlar sahib olana qədər nə istədiklərini bilmirlər. Bu, qəribə bir insani xüsusiyyətdir. Ancaq bəzən insanların sizə nələri istəmədiklərini söyləməsi daha asandır.

Yemək yaxşı bir nümunədir. Naharda bir dostunuzla görüşdüyünüz zaman "nə istəyirsiniz?" soruşduqda, həmişə nə istədiyini bilmirsən. Ancaq yəqin ki, onlara Meksika, Çin mətbəxindən təamları və ya makaron istəmədiyinizi söyləyə bilərsiniz. Çıxdaş etmə üsulundan istifadə edin və nəyin ortaya çıxdığını görün!

6. İdeyaforiya


Hər şeyi söndürün və bağlayın. 15 dəqiqə vaxt ayırıb ağlınıza gələn ideyaları kağıza köçürün. Heç bir senzura olmadan, mühakimə, götür-qoy etmədən yazın.

Hər bir söz, hər bir fikir, hər düşüncə bu səhifəyə yol tapmalıdır. Sonra işinizi bitirdikdən sonra nəzərdən keçirin. Bu sözlərdən bəziləri qızıl fikirlər ola bilər. Ən azından real düşünmək üçün beyninizdə bir az yer açmış olacaqsınız.

7. Kitab vaxtı


Həmişə oxuduğunuz sevimli kitab və ya serial haqqında düşünün. Malazan məğlubları kitabı (Malazan Book of the Fallen)? Kral qatillərinin səlnaməsi (Kingkiller Chronicles)? Zaman maşını? Hamısı əladır. Sizin necə gözəl zövqünüz var?!

Sevdiyiniz kitabda cəlbedici gördüyünüz hansı elementlər var? Bunlar hansısa obrazlardır? Yoxsa əkşn? Yoxsa quruluş? Onun məqsədləri nədir? Bu elementlərdən hansısa biri güclü beyin həmləsi vasitəsi və ya oyun ideyası üçün əla başlanğıc nöqtəsi kimi faydalı ola bilər.

8. Televiziya, Filmlər və Ekranlaşdırılan hər şey


Kitablarda olduğu kimi, sevimli televiziya verilişi və ya filminiz haqqında da düşünün. Onu sizin üçün maraqlı edən nələrdir? Onda çəkici elementlər hansılardır? Bəlkə onun sözləri? Yoxsa dialoqlar? Yoxsa aktyor oyunu?

Həqiqətən onlar çəkici hansısa hisslər və emosiyalar yaradırmı? Bu elementləri yeni video oyununuz üçün keçid nöqtələri kimi fərz edin.

9. Video oyunlardan ilhamlanın.

Video oyunları düşünün! Ən sevdiyin oyun hansıdır? Oynamaqdan doymadığınız oyunlar hansılardır?

Mövcud oyunlar planlaşdırdığınız video oyunlar üçün möhtəşəm ideyalar verə bilər. Əlbəttə ki, onları birbaşa kopyalamaq olmaz. Ancaq onları ilhamlanma üçün istifadə etmək mükəmməl bir seçimdir!

10. Oyun vaxtı


Bu sonuncusu birbaşa fəaliyyət yönümlüdür. Oyunlar yaradın. Oyun yaratma prosesində, onun ideyasını sevməmiş olsanız da, nəyin işləyib işləmədiyini görəcəksiniz.

Müxtəlif məqamlarda siz ilhamlanacaq, çətinliyə düşəcək, sıxılacaq və qıcıqlanacaqsınız. Ancaq nəticədə yaradacaqsınız. Yaradıcılıq prosesində əvvəllər mənimsəyə bilmədiyiniz məsələlər haqqında mühüm təcrübə və fikirlər qazanacaqsınız.

Mənbə: www.gamedesigning.org

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/ 

Bu məqalə sizin üçün faydalı oldumu?