Aut quia eos reprehe
“COVID-19 pandemiyası dövründə startup hərəkatı: Çağırışlar və İmkanlar” mövzusunda veb konfrans: 18 sentyabr, saat 17:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Britaniya Şurası (British Council) ilə birlikdə “COVID-19 pandemiyası dövründə startup hərəkatı: Çağırışlar və İmkanlar” mövzusunda konfrans təşkil edəcəkdir.
Konfransda İİTKM-nin içracı direktoru Vüsal Qasımlı və Britaniya Şurasının ölkə üzrə direktoru Summer Xia açılış nitqi ilə çıxış edəcəklər. “New Castle Universiteti”nin professoru Matthew Gorton, “Unimetal and ProMetal Group” şirkətinin içracı directoru Rufat Azizov, “Founder Institute”un yerli direktoru Cəfər Nəcəfov, “Creative Spark” Proqramı və “EnterpriseAzerbaijan” Portalının koordinatoru Oruc Dursunzadə müxtəlif mövzularda təqdimatlar edəcəklər. Tədbirin moderatoru Britaniya Şurasının ölkə üzrə direktorunun müavini Nigar Baimova olacaqdır.
Konfrans sentyabr ayının 18-də saat 17:00-da başlayacaq və facebook live üzərindən aparılacaq.
Mənbə: https://www.facebook.com/iqtisadiislahat/
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/