Qərar qəbul etmədə kreativliyin önəmliliyinə dair 7 səbəb

16 Sentyabr 2020Xəbər
news-inner-photo

Qərar qəbul etmədə kreativlik niyə önəmlidir?

Kreativliyin vacib olmasının sonsuz sayda səbəbləri var.

Qərar qəbul etmədə kreativliyin roluna gəldikdə isə bütün seçimləri anlamaq və dəyərləndirmək üçün analitik düşüncəni tarazlaşdırmaq vacibdir. İnsanlar həddindən artıq düşünməyə, stressə, narahatlığa, şikayətlənməyə çox vaxt sərf edirlər. Bunların hamısı analitik davranışlardır.

Qərar vermə prosesində analiz vacib olsa da, aşağıdakıları da nəzərə almalısınız:

  • yenilik
  • mülahizə
  • anlayış
  • və ən əsası: şəxsiyyət!

İnsan zehni davamlı olaraq günlük həyatın sadə məsələləri üçün çalışır. Bu zaman zehin çox güman ki, keçmiş hadisələri xatırlamağa və ya gələcək hadisələri xəyal etməyə vaxt sərf edir. Həmin təkrarlanan gündəlik davranışlar kreativliyə olan meyli bloklayır.

Qayıdaq kreativliyin qərar vermədə roluna. Məsələn, protokol departamentinizdən qarşıda sizi gözləyən nitq üçün 5 sloqan tapmalarını istəyin. Qərar verərkən kreativliyiniz ən yaxşı seçimi etməkdə kömək ola bilər.

Analitik düşüncəniz bazar araşdırmasını nəzərə alarkən kreativ tərəfiniz aşağıdakı məqamlara toxunacaq:

  • həyəcan istəyi
  • emosionallığı yaradan səbəblər
  • təcrübənizə inam

Məlumat genişdir və hər kəs onları cəmləyə bilər. Sizi fərqləndirən üstünlük həmin məlumatla nə etdiyinizdir. Bu zaman kreativliyə ehtiyac yaranır.

Liderlərin kreativliyin niyə qərar vermədə vacib olduğunu bilmələrinin bir çox səbəbləri var. Aşağıdakı siyahı həm kreativlikdən, həm də analitik düşüncədən faydalanan məqamları vurğulayır:

  • Doğru layihələr üçün doğru işçiləri seçmək
  • Əməkdaşlıqları və iş birliklərini effektiv inkişaf etdirmək
  • Hərəkətsiz komandaları motivasiya etmək
  • Gözlənilən maneələr üçün həllər düşünmək

Bunları nəzərə alaraq, kreativliyin gündəlik işgüzar həyatda qərar qəbul etmə prosesində necə vacib rol oynadığını görmək asandır.

Bəs kreativliyin önəmliliyini göstərən 7 səbəb hansılardır? Tanış olaq.

  1. Kreativlik motivasiyanı yeniləyir.

Təbiət əhatəsində olmaq motivasiyanı yeniləməyə kömək edir. Xüsusilə yüksək təzyiq altında işləyən rəhbərlər üçün bu vacibdir.

  1. Kreativlik aydın olmağa kömək edir.

Zehninizin hər hansı problemi həll etməklə məşğul olmadığı, keçmişi yenidən yaşamaq və gələcək barədə düşünmədiyi vaxtlarda kreativliyin ən optimal məxrəcində olmağınız sübut edilmişdir.

  1. Kreativlik tənqidi düşünmə bacarığını gücləndirir.

Təcrübələri nəzərdən keçirmək və nəyi yenidən anlatmalı olduğunuzu müəyyənləşdirmək gündəlük fəaliyyətləriniz haqqında tənqidi düşünmə bacarığınızı inkişaf etdirir.

  1. Kreativlik məsələni böyük miqyasda görməyə kömək edir.

Yaradıcı olmaq beynin proses boyu böyük şəkli (big picture) görməsini tələb edir. Hər bir rəhbər üçün prosesi böyük miqyasda görmək mühüm keyfiyyətdir.

  1. Kreativlik məhsuldarlığı artırır.

Yaxşı dincəlmiş zehin daha kreativ olur, səmərəli və daha effektiv proses üçün ideyalar hasil edə bilir.

  1. Kreativlik pozitiv olmağı dəstəkləyir.

Müsbət münasibət qərar vermə prosesini daha da asanlaşdırır. Stressli insanlar pozitiv şəxslərin yeniliyi gördüyü yerlərdə problemi görəcəklər.

  1. Kreativlik məntiqi düşünməyə təşviq edir.

Kreativliyin açarı əlavə stimula köklənmiş təmiz zehindir. Çox düşünmə və analiz etmə meylini dayandırmaq kreativ düşüncələrin meydana çıxmasına imkan yaradır.

Səbəblərdən göründüyü kimi kreativlik həyatımızın bir parçasıdır və onsuz qərar vermək bəzi nüansları nəzərə almamağımıza səbəb ola bilər. Kreativliyinizi açmağın müxtəlif yolları ilə buradan tanış ola bilərsiniz.

Müəllif: Alicia Williams

Mənbə: https://alistemarketing.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik