Corab Dizayn Et Müsabiqəsi

9 Sentyabr 2020Xəbər
news-inner-photo

Son müraciət tarixi: 30 sentyabr 2020-ci il
Kimlər iştirak edə bilər: bu beynəlxalq müsabiqədir və hər kəsə açıqdır.

Təsvir

Müsabiqə əyləncəli və fərqli corabların satışı ilə məşğul olan Sock It to Me şirkəti tərəfindən təşkil edilir. “Corab dizayn et” müsabiqəsi corablarımızda nələri görmək istədiyinizi və bu yolla onun mümkün istehsalına nail olmaq imkanı qazanmağınız üçün bir şansdır.

Nələrdən ilham alırsınız? Corab üzərində onu təsəvvür edin. 2000 ABŞ dollarına qədər mükafat qazanın və biz sizin dizayn etdiyiniz corabı hazırlayaq. Biz hər dizayn üçün 6 rəngin seçilməsinə üstünlük veririk, çünki corablarımız 6-dan çox rəngdə dizayn edilə bilməz.

Hər iştirakçı 5-ə qədər orijinal corab dizaynı təklif edə bilər.

Əvvəlki illər üzrə qalib dizaynlar:

© Franco Barco Punkzilla

© Breah Morgan Madagascar Menagerie (2018-ci il müsabiqəsinin qalibi)

© Alina Chetcuti Foxes in Boxes (2016-cı il müsabiqəsinin qalibi)

© Grant Thackray Yonder Castle (2017-ci il müsabiqəsinin qalibi)

© Missy Corey Sugar Skull

İştirak haqqı:

Müsabiqədə heç bir iştirak haqqı tələb olunmur.

Mükafatlar

I yer: 2000 ABŞ dolları və 15 cüt corab. Qalib dizayn istehsal ediləcək.

II yer: 1000 ABŞ dolları və 10 cüt corab.

III yer: 500 ABŞ dolları və 5 cüt corab.

Necə müraciət etmək olar?

Ətraflı məlumat almaq və müraciət etmək üçün xahiş olunur müsabiqənin rəsmi saytına keçid edəsiniz.

Mənbə: https://intercompetition.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/ 

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik