Uğurlu video bloq idarə etmək üçün ən yaxşı 12 tövsiyə

7 Sentyabr 2020 Məqalalələr
news-inner-photo

Bloq yaratmaq veb saytlara trafik gətirmək və izləyicilərlə ünsiyyət qurmağın ən geniş yayılmış üsullarından biridir.

Ən yeni marketinq trendlərindən xəbərdar olanlar video kontentin yüksəlişdə olduğunu bilirlər.

Əslində, ekspertlərin proqnozuna əsasən, 2019-cu ilə qədər qlobal internet traffikinin 80%-i video kontent olacaq. Marketinq rəhbərlərinin yarıdan çoxu video kontentin ən çox gəlir gətirdiyini söyləyirlər.

Videoların olduğu bloqlar video yerləşdirilməyən bloq məzmunları ilə müqayisədə 3 dəfə daha çox bağlantı əldə edir.

Video bloq yaratmaqda niyə maraqlı ola biləcəyiniz başa düşüləndir.

Bütün bu rəqəmlərə əsaslanaraq, insanların video kontent izləməyi sevdiyini söyləyə bilərik, ancaq özünüzü görkəmli video bloqer kimi tanıtmaq, çətin görünə bilər (xüsusən əvvəllər bununla heç vaxt məşğul olmamısınızsa).

Nəzərə alınmalı bir çox amillər var.

Hansı avadanlıqdan istifadə etməlisiniz? Kamera qarşısında necə davranırsınız? Yeni video bloqunuzu necə tanıdırsınız?

Bu video trendlərdən xəbərdar olan təkcə siz deyilsiniz. Tədqiqatlar göstərir ki, şirkətlər qarşıdakı illərdə daha çox kontent yayımı kanalları yaradacaqlar.

İlk üç göstəricidəki oxşarlığı görürsünüzmü? YouTube, Facebook video və Instagram – hər üçü video kontent paylaşım platformalarıdır.

Yeni bloq yaratmaq və ya mövcud bloqunuzu inkişaf etdirmək istəyirsinizsə, doğru yerdəsiniz.

Beləliklə, uğurlu bloq idarə etmək üçün ən yaxşı 12 məsləhəti diqqətinizə təqdim edirik.

  1. Yüksək keyfiyyətli mikrofona yatırım edin

Səs video bloqunuzun ən vacib hissələrindən biridir. İnsanlar dediklərinizi aydın eşidə bilməlidirlər. Keyfiyyətli mikrofona sahib olmaq videonuzu çəkərkən vaxt itirməməyinizə kömək edə bilər. Bəzən videonuz aşağı keyfiyyətli ola bilər. Belə hallarda keyfiyyətli mikrofona sahibsinizsə, siz sadəcə görüntünü itirmiş olursunuz. Səs yazısını podkast və ya təqdimat üçün istifadə edə bilərsiniz.

Kompüterinizidə mikrofon var, amma daha yaxşısını əldə edə bilərsiniz. Ucuz kameralarda da mikrofonlar yaxşı olmur.

Video bloqunuz üzərində ciddi işləmək və tez-tez videolar yükləmək istəyirsinizsə, yüksək keyfiyyətli səs sizin üçün prioritet olmalıdır.

Hansı mikrofonu əldə etmək barəsində qərarsızsınızsa, kiçik bir araşdırma sizə kömək edəcək. Yaxşı mikrofon əldə etmək üçün böyük pul sərf etməyə ehtiyac yoxdur, 100 ABŞ dolları və daha aşağı büdcə ilə lazımi keyfiyyətlərə sahib mikrofon tapa bilərsiniz.

Sadəcə mikrofonla səs tonunuzun tarazlaşdığından əmin olun. Yayıma başlamazdan əvvəl hər dəfə sınaqdan keçirin ki, istifadəyə yararsız səs yazısına vaxt itirməyəsiniz.

Mühiti öyrənin. Ən çox harada səs yazmağı planlaşdırırsınız?

Fərqli məkanlar üçün nəzərdə tutulmuş müəyyən mikrofonlar var. Məsələn, əks-sədalı böyük bir otaqda, küləkli açıq havada və ya izdihamlı və çox səs-küylü bölgələrdə.

Yayım mühitlərinizə uyğun mikrofona yatırım etməyə dəyər.

  1. Düzgün işıqlandırmadan əmin olun

Hamımız peşəkar görünməyən videolarla qarşılaşırıq. Bu aşağı büdcəli yerli reklamlardan ailənizin ev videolarına qədər hər şey ola bilər. Video bloqunuzun belə görünməsi qəbuledilməzdir. Əsas üç nöqtəli işıqlandırma quruluşunun konsepsiyasını başa düşməyiniz vacibdir.

Əlbəttə, bəzən yolda çəkiliş aparacaqsınız. Bütün avadanlıqları özünüzlə gəzdirməyiniz hər zaman rahat olmur. Əgər video bloqlarınızın çox hissəsi evinizdə çəkiləcəksə, bu işıqları yuxarıdakı nümunədəki kimi qurmalısınız.

İşıqlandırma videolarınızın keyfiyyəti üçün çox şey edə bilər. Bilməli olduğunuz üç şərt aşağıdakılardır:

  • əsas işıq
  • dolğu işığı
  • fon işığı

Sizin əsas işığınız başlıca işıq kimi xidmət edəcəkdir. Çox hissəsi kameranın sol tərəfində yerləşdirilib göz səviyyənizdən təxminən üç metr yüksəkdə olmalıdır.

Əsas işıq bu üç işığın ən parlağı olacaq. Onu aşağıya doğru əyin, bu zaman günəş işığı kimi təbii işıq effekti yaradar.

Əsas işıq kölgə yaradacaq, bu kölgəni doldurmaq üçün kameranın əks tərəfində dolğu işığına ehtiyacınız olacaq.

Qarşınıza qoyulmuş iki işıqla işıqlandırmanın təbii görünməsi üçün arxa fon işığına ehtiyacınız olacaq. Əks təqdirdə çiyinlərinizdə bəzi qaranlıq kölgələr yarana bilər. Arxa fon işıq dağınıq olmalıdır – bu, üç işıqdan ən az parlaq olanıdır.

Evinizdən və ya ofisinizdən kənarda çəkiliş apararkən təbii işıq mənbələrinə uyğun yerləşmə etməlisiniz. Açıq havada çəkiliş zamanı günəşdən faydalanın. Kameranızı günəşin əsas işıqla eyni bucaq altında olacağı şəkildə yerləşdirməyə çalışın. Bu zaman studiya quraşdırması alınacaq.

  1. Videolarınıza altyazı əlavə edin.

Heç də hər kəs videonuzu səsli dinləməyə bilər. Bu səbəbdən videoya altyazı əlavə etməli olacaqsınız. Video bloqunuzda altyazı varsa, daha yüksək izləmə dərəcəsinə sahib olacaqsınız. Altyazılı videolara 40% daha çox baxış var. Bundan əlavə qapalı altyazı funksiyası aktiv olarsa, izləyicinizin tam videonu seyr etmə şansı 80% artır.

Video bloqunuzu Facebook-da paylaşmağı planlaşdırırsınızsa, bu rəqəmlərə nəzər yetirin.

Gördüyünüz kimi Facebook-dakı videoların 85%-i səssiz izlənilir. Altyazıların olması izlənmə dərəcəsini 12% artırır.

İzləyiciləriniz başqalarını narahat etmək istəmədikləri mühitdə (məktəbdə, işdə, insanların olduğu otaqda) sizin videolar izlənilə bilər. Bu səbəbdən videolarınıza altyazı yükləməyi unutmayın.

  1. Özünüzə layiqli bir kamera əldə edin

Avadanlıqlar haqqında söhbətimizə qayıdaq. Mikrofon və işıqlardan əlavə etibarlı bir kameraya da ehtiyacınız var.

Harada çəkiliş edəcəyinizdən asılı olaraq hər zaman elektrik yuvası tapmaya bilərsiniz. Hərəkət zamanı çəkiliş üçün batareyanın ömrü olduqca vacibdir.

Yaddaş kartlarının həcmini də nəzərə almalısınız. Geniş məzmunlu çəkilişlərin yarımçıq qalması və kamerada yaddaşın tükənməsi işləri korlaya bilər.

Kameranızın ölçüsü də vacib məsələdir. Kiçik, tutulması asan və daşınmasının rahatlığından əmin olun.

Kameranız həmişə sizinlə deyilsə, dünyanın sonu deyil. Bəzi videolar üçün kompüterinizi və ya smartfonunuzu istifadə edə bilərsiniz.

Lakin uğurlu bir video bloqer olmaq istəyirsinizsə, hər zaman özünüzlə yüksək keyfiyyətli bir kamera gəzdirməyiniz sizə möhtəşəm məzmun yaratmağa və ya ilham aldığınız, füsunkar və estetik gördüyünüz şeyləri yaddaşa köçürməyə imkan yaradacaq.

Kameranızın qeyd etdiyi video formatını da bilməlisiniz.

Məşhur formatlara .mov, .avi, .mp4 daxildir. Videolarınızın redaktə, eksport və paylaşım ehtiyaclarından asılı olaraq bunları bilmək vacibdir. Seçdiyiniz formatın asanlıqla çevrilə biləcəyindən əmin olmağınız yaxşı olar.

  1. Doğru ekran görüntüsünü çəkmə proqramı tapın

Bəzən video bloq üçün kameraya ehtiyacınız olmayacaq; ən azından bütün yazılarınız üçün.

Auditoriyanıza kompüterinizdə nə edəcəyinizi göstərmək istəyirsinizsə, ScreenFlow kimi bir proqramla ekranın görüntüsünü çəkməyə ehtiyacınız olacaq.

Masaüstü kompüter istifadəçiləri Camtasia proqramından da istifadə edə bilərlər.

  1. Səmimi və cəlbedici olun

Uğurlu video bloqer olmağın bir hissəsi böyük şəxsiyyət olmaq deməkdir. Utancaq, çəkingən və sıxıcı olmayın.

Yumor hissiniz varsa, icazə verin, parlasın.

Unutmayın ki, bu sizin video bloqunuzdur. Paylaşdığınız məzmunun növünə gəldikdə, heç bir qayda yoxdur.

Yalnız söylədiyiniz və ya etdiyiniz hər şeyin şəxsi və peşəkar brendinizə təsir göstərə biləcəyinə diqqət yetirin. Mübahisəli mövzulardan uzaq qaçın, ancaq bu riski üzərinizə almağa hazırsınızsa, davam edin.

Qarışıq mövzulara müraciət edin. Hansı tezlikdə video yükləməyinizdən asılı olmayaraq, heç kəs hər gün, hər həftə eyni məzmunlu videoları izləmək istəməz.

  1. Auditoriyanıza sizi izləmələri üçün səbəb verin

Çəkilişlərə başlamazdan əvvəl video bloqunuzun istiqaməti ilə bağlı bir neçə suala cavab verməlisiniz.

Videonuzun əsas mənası nədir? İzləyicilərinizə nəyisə necə edəcəklərini öyrədirsiniz? Kvalifikasiyalarınız nədir?

Əlbəttə, video bloqlar əyləncəli, məlumatlandırıcı və ya hər iki xüsusiyyətə birgə malik ola bilər. Ancaq auditoriyanızın izləməyə səbəbi olduğundan əmin olmalısınız.

Dünyadakı ən məşhur şəxsiyyətlərdən olmadığınız müddətcə, heç kim sizin gününüz barədə danışıqlarınızı dinləmək istəməyəcək.

Auditoriyanızın nə istədiyini başa düşün və onlara həmin kontenti verin.

  1. Effektiv redaktə etməyi öyrənin

Videolarınızı yayımlamazdan öncə onları necə redaktə edəcəyinizi bilməlisiniz. Çox kəsimlər və düzəlişlər peşəkar görünmür. Bir Mac'ınız varsa, işi bitirmək üçün iMovie proqramından istifadə edə bilərsiniz.

Windows istifadəçiləri üçün Movie Maker redaktə üçün ödənişsiz proqramdır.

Bu alətlər vacibdir, çünki video kontent materiallarını kəsmək və videoları bir-birinə montaj etmək kimi tapşırıqları yerinə yetirməyinizə kömək edə bilər.

Səs səviyyəsini tənzimləyə və digər düzəlişlər edə bilərsiniz. Yalnız çox effektlərə baş vurub həddi aşmayın, əks halda peşəkar görünməyəcək.

  1. İstifadəçiləri şərh yazmağa həvəsləndirin

İstifadəçiləri cəlb etməyin başqa bir yolu onları video bloqlarınıza şərh yazmağa həvəsləndirməkdir. Videolarınızı düzgün şəkildə yerləşdirsəniz, bu asan ola bilər.

Onlardan fikirlərini soruşun. Müzakirəyə və ya debata cəlb etməyə çalışın.

Konkret bir sual ətrafında müzakirə açmaq istəyirsinizsə, "Şərhlər bölməsində bu barədə düşüncələrinizi bizimlə bölüşün" kimi bir qeyd qoyun.

Şərhlərə cavab verin. Bu, yeni bir video yükləməmisinizsə belə, insanların həmin videoya qayıtmalarını təmin etmək üçün əla bir üsuldur.

Bunu effektiv şəkildə idarə edirsinizsə, aylar, hətta illər əvvəl yüklədiyiniz videolara yeni şərhlər ala bilərsiniz.

  1.  Müsahibə təşkil edin

Məzmunun köhnəldiyini düşünürsünüzsə və ya yeni bir şeylər əlavə etmək lazımdırsa, qonaq ekspertləri söhbətə dəvət edin.

Əlbəttə, insanlar sizi sevə bilər, ancaq eyni üzü dəfələrlə görmək darıxdırıcı ola bilər. Müəyyən bir mövzuda bir mütəxəssis dəvət edin. Bir idmançı, film ulduzu və ya digər məşhurlarla əlaqəniz varmı? D kateqoriyalı aktyor olsa belə, yeni bir sima video bloqunuzda həyəcan yaratmağa kömək edə bilər. Belə əlaqələriniz yoxdursa, dostlarınızdan və ya ailənizdən soruşun. Böyük ehtimalla, onların belə şəxsiyyətlərdən biri ilə əlaqəsi olacaq.

Bunların hamısı bloq məzmunu aktiv saxlamaqla sıx şəkildə bağlıdır. Hər videoda mütləq sizin çəkilməyinizin vacib olduğunu düşünməyin.

  1.  Məzmununuzu paylaşın

Bir video bloq hazırlamısınızsa, o mümkün olduğu qədər çox insana çatmalıdır. YouTube video yayımı üçün ən yaxşı platformadır.

Müəllifin video kontent videoları: Neil Patel YouTube channel:

YouTube-un ən yaxşı xüsusiyyəti kanalınıza əlavə etdikdən sonra videolarınızı hər zaman dəyişdirə bilmək imkanının olmasıdır.

Videolarınızı sosial mediada, saytınızda paylaşın və elektron poçt abunəçilərinizə göndərin.
Yazı bloqunuz varsa, videolarınız haqqında burada qeyd edə və daha çox trafik əldə etmək üçün linklərini yerləşdirə bilərsiniz.

Vimeo.comlivestream.com kimi digər video kanallarından da istifadə edə bilərsiniz.

  1. Çəkilişlərə davam edin

Çəkdiyiniz hər videodan istifadə etməyəcəksiniz. Bacardığınız qədər həcmcə böyük kontenti lentə yazmaqdan çəkinməyin.

Bu səbəbdən mümkün qədər çox kameranın yanınızda olmağı vacibdir.

Məzmunu daha sonra hər zaman filtrləyə, o qədər də yaxşı deyilsə, silə, yaxud  gələcək yayım üçün saxlaya bilərsiniz.

Fürsətləri qaçırmamaq üçün həmişə çəkilişə hazır olun. İzləyicilərə hər hansı təcrübədən bəhs etmək, onun çəkilişini göstərmək bloqunuzu daha yaxşı edəcək.

Nəticə

Artan video trendlərini nəzərə alaraq, video bloqa başlamaq əla fikirdir, amma bir çox insanın eyni işi gördüyünü nəzərə alsaq, fərqlənmək bir qədər çətin ola bilər.

Uğurlu video bloq qurmaq üçün yuxarı qeyd olunan tövsiyələri dinləyin. Bu zaman, bloqunuzda trafik, videoların izlənmə müddəti və interaktivlik artacaq.

Mənbə: https://www.quicksprout.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?