Qlobal musiqi müzakirələri: Eurovision-un milli musiqi sənay...
Mədəniyyət və incəsənət sahəsində rəqəmsal məhsul yaratmaq üçün 7 addım

Mədəniyyət və incəsənət sahəsində rəqəmsal innovasiyalarla bağlı bütün zəruri addımları bilmək istərdiniz? “Rəqəmsal məhsul yaradıcılığı” (‘Making Digital Work’ toolkit) vəsaitindən faydalı məsləhətlər və vasitələr haqqında məlumatı diqqətinizə təqdim edirik.
Addım 1. Konsepti aydınlaşdırmaq: İlk öncə, müəlliflər yeni məhsulun məqsədini və motivasiyasını aydınlaşdırmağınızı məsləhət görürlər. Fikrinizi problemi həll etmə üsulu ilə qurmağa çalışın. ‘5 Niyə Metodu’ yeni məhsulların ümumiyyətlə qarşılaşdığı maneələri müəyyənləşdirməyə və aşmağa kömək edəcəkdir. Bu suallara cavab verməyə çalışın: “İnsanlar niyə baxır, amma sifariş vermirlər? Niyə bilet satışı gözləniləndən aşağıdır? Niyə qiymət seçimləri mürəkkəbdir? Niyə səhifə mobil cihazlarda işləmir və oxunması bu qədər çətindir? Sayt niyə cavab vermir?”
Addım 2. Aydın bir iş planı yaradın və paylaşın: Müəlliflər bunun interaktiv və komanda işli bir proses olmasını təklif edirlər. Qısa bir qaralama hazırlayın və şərh və rəylər üçün həmkarlarınızla paylaşın. Belə bir komanda işi planınızı yaxşılaşdırmaqla yanaşı, bütün iştirakçıların ilkin mərhələdə diqqətini cəlb edəcəkdir.
Addım 3. Auditoriyanız haqqında öyrənin: Araşdırmanızda iştirakçının rəqəmsal platformalarda davranışlarına diqqət yetirin. Bunun üçün Google Analytics və Facebook Insights kimi analitik vasitələrdən və anket sorğusu, fokus qrup müzakirələri və fərdi müsahibələr kimi metodlardan istifadə edə bilərsiniz. Erqonomiklik testi də əlaqəli məsələlərdəndir. Müəlliflər məhsulun tamamilə hazır olmasını gözləməyərək, onun barəsində hədəf kütləsinin gözləntilərini anlamaq üçün məhsulu onlarla bölüşməyi təklif edirlər.
Addım 4. Rəqəmsal brif hazırlayın: Bu vasitə sizə layihənin maraqlı tərəfləri ilə kommunikasiya qurmağa kömək edəcəkdir. Əsas maraqlı tərəflər, onların vəzifələri və cavabdehliklərinin xəritəsini yaradın. Bu xəritə layihələrin bütün mərhələlərində onlarla zəruri kommunikasiya qurmağınıza kömək edəcək.
Addım 5. "Məhsulun Yol Xəritəsini" yazın: Bu vasitə marketinq və hekayənin nəqli hissələrini birləşdirir. Məhsulunuzun implementasiyasının bütün mərhələləri üçün hekayənizi hazırlayın və satış strategiyasını yazmaq üçün həmkarlarınız, maraqlı tərəflər və yeni iştirakçılar ilə paylaşın.
Addım 6. Kanalları müəyyən edin: Satış mərhələsində məhsulu tanıtmaq üçün uyğun kanallardan istifadə etmək vacibdir. Vizual məzmun üzərində işləyirsinizsə, təsvirli şəbəkələrdən istifadə edin, ancaq video kontent üzərində dayanırsınızsa, o zaman klipləri Facebook və YouTube vasitəsilə paylaşın.
Addım 7. Qiymətləndirmə aparın: Bu mərhələdə çoxlu məlumat toplayacaqsınız və burada sizin vəzifəniz onları strukturlaşdırmaq və tərəfdaşlarınız və maraqlı tərəflər üçün başa düşülən formaya salmaq olacaq. Bu vəsait məhsulun və satış nəticələrinin hekayəsini yaratmaqda sizə kömək edəcək statistik məlumat jurnalistləri ilə məsləhətləşmələr aparmağınızı təklif edir.
Ətraflı məlumat: http://artsdigitalrnd.org.uk/wp-content/uploads/2015/06/Digital_Toolkit_Screen.pdf
Mənbə: www.culturepartnership.eu
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

