XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu Qaydaları

11 Avqust 2020 Xəbər
news-inner-photo

Bu il 13-17 noyabr tarixlərində Bakıda keçiriləcək XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) filmlərin qəbulu başladı.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti, “02 media” da yer alır.

Festival bu il də “35 yaş, 35 dəqiqə” prinsipinə sadiq qalır. Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivala 1 sentyabr tarixinə kimi təqdim etməlidirlər.

Festivala film qəbulu ilə bağlı qaydalar ətraflı şəkildə aşağıda təqdim edilir.

Yerli müsabiqə

Son qəbul tarixi: 1 sentyabr 2020-ci il

  • Festivalın Yerli müsabiqə bölməsində Azərbaycan Respublikasının vətəndaşı olan 35 yaşına qədər rejissorlar iştirak edə bilər;
  • Yerli film müsabiqəsinə təqdim olunan film Beynəlxalq müsabiqəyə təqdim oluna bilməz;
  • Müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur;
  • Hər bir müəllif öz filmini festivalın saytı www.filmfestival.az və www.filmfreeway.com (https://filmfreeway.com/bakuisff)    platforması üzərindən göndərə bilər;
  • Təqdim olunan filmlər 2019-2020-ci illərdə istehsal olunmalıdır;
  • Filmlərin müddəti 35 dəqiqədən çox olmamalıdır;
  • Müraciət üçün son gün: 1 sentyabr 2020-ci il;
  • Filmlər Təşkilat Komitəsinin təyin etdiyi Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir;
  • Müsabiqəyə qatılacaq filmlərin siyahısı 20 oktyabr 2020-ci ildə saytımızda yerləşdiriləcək;
  • Festival proqramındakı filmlər ancaq festivala aid qeyri-kommersiya xarakterli təqdimatlarda nümayiş etdirilə bilər;
  • Müsabiqədə filmləri yerli münsiflər heyəti qiymətləndirəcək;
  • Festivalın qaliblərinə “Qızıl Nar”, xüsusi mükafat və diplom verilir.
  • Müsabiqə qalibləri bu nominasiyalar üzrə seçiləcək:
    - Ən yaxşı qısa bədii film (“Qızıl Nar” və diplom)
    - Ən yaxşı qısa sənədli film (“Qızıl Nar” və diplom)
    - Ən yaxşı qısa animasiya filmi (“Qızıl Nar” və diplom)
    - Ən yaxşı sosial çarx (“Qızıl Nar” və diplom)
    - Ən yaxşı rejissor (xüsusi mükafat və diplom)
    - Ən yaxşı ssenari (xüsusi mükafat və diplom)
    - Münsiflər heyətinin xüsusi mükafatı
  • “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu
  • Yerli müsabiqənin üç qalibinin növbəti layihələri bu formada mükafatlandırılacaq:
  • Ən yaxşı qısa bədii film - texniki və post-prodakşn dəstəyi
  • Ən yaxşı qısa sənədli film - texniki və post-prodakşn dəstəyi
  • Ən yaxşı qısa animasiya filmi - post-prodakşn dəstəyi
  • Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.

Qeydiyyat

Beynəlxalq müsabiqə

Son qəbul tarixi: 1 sentyabr 2020-ci il

  • Festivalın Beynəlxalq müsabiqə bölməsində xarici ölkələrin və Azərbaycan Respublikasının vətəndaşı olan 35 yaşına qədər rejissorlar iştirak edə bilər;
  • Müsabiqəyə bədii, sənədli və animasiya filmləri qəbul olunur;
  • Hər bir müəllif öz filmini festivalın saytı www.filmfestival.az və www.filmfreeway.com (https://filmfreeway.com/bakuisff)    platforması üzərindən göndərə bilər;
  • Təqdim olunan filmlər 2019-2020-ci illərdə istehsal olunmalıdır;
  • Filmlərin müddəti 35 dəqiqədən çox olmamalıdır;
  • Filmlər ingilis dilində subtitrlə göndərilməlidir. Bundan əlavə hər bir filmin dialoq və mətni ingilis dilində yazılı formatda təqdim olunmalıdır;
  • Beynəlxalq müsabiqəyə film təqdim edən yerli rejissorlar eyni filmi Yerli müsabiqə bölməsinə təqdim edə bilməzlər;
  • Müraciət üçün son gün: 1 sentyabr 2020-ci il;
  • Filmlər Təşkilat Komitəsinin təyin etdiyi Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir;
  • Müsabiqəyə qatılacaq filmlərin siyahısı 20 oktyabr 2020-ci ildə saytımızda yerləşdiriləcək;
  • Festival proqramındakı filmlər ancaq festivala aid qeyri-kommersiya xarakterli təqdimatlarda nümayiş etdirilə bilər;
  • Müsabiqədə filmləri beynəlxalq münsiflər heyəti qiymətləndirəcək;
  • Festivalın qaliblərinə “Qızıl Nar”, xüsusi mükafat və diplom verilir.
  • Müsabiqə qalibləri bu nominasiyalar üzrə seçiləcək:
    - Ən yaxşı qısa bədii film (“Qızıl Nar” mükafatı və diplom)
    - Ən yaxşı qısa sənədli film (“Qızıl Nar” mükafatı və diplom)
    - Ən yaxşı qısa animasiya filmi (“Qızıl Nar” mükafatı və diplom)
    - Ən yaxşı qısa bədii film rejissoru (xüsusi mükafat və diplom)
    - Ən yaxşı qısa sənədli film rejissoru (xüsusi mükafat və diplom)
    - Ən yaxşı qısa animasiya filmi rejissoru  (xüsusi mükafat və diplom)
    - Münsiflər heyətinin xüsusi mükafatı
  • "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu
  • Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.

Qeydiyyat

Mənbə: www.filmfestival.az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?