Məqalələr üçün müraciət: Ənənəvi Musiqi Alətləri

7 Avqust 2020 Xəbər
news-inner-photo

Boqota şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyasında, #HeritageAlive onlayn jurnalının redaksiya heyəti növbəti kitabın mövzusu olaraq ənənəvi musiqi alətlərini seçmək qərarına gəlmişdir. Məqalələrin təqdim edilməsi üçün son tarix 15 oktyabr 2020-ci ildir.

Ənənəvi musiqi alətləri haqqında kitab YUNESKO-nun himayəsi altında Asiya-Sakit Okean Bölgəsində Qeyri-Maddi Mədəni İrs üzrə Beynəlxalq Məlumat və Şəbəkələşmə Mərkəzinin (ICHCAP) köməyi ilə çap olunacaq və 2021-ci ilin sonunadək hazır olacaq və YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyasında təqdim olunacaq.

Məqalələrin əsas məqsədi musiqi alətləri ilə əlaqəli layihələr ilə işləyən, onların hazırlanması və ya ifası ilə məşğul olan QHT və mütəxəssislərin bu sahədəki təcrübələrini əks etdirməkdir. Məqalələr yalnız qeyri-maddi mədəni irs elementini təqdim etmək deyil, bir qrup və ya bir icma üçün elementlərin sosial və mədəni funksiyasını əsas götürən 2003-cü il Konvensiyasının ruhunda elementlərin qorunması və ötürülməsi problemləri, metodologiyası və təcrübələrini əks etdirməlidir. Başqa sözlə, təqdim olunan mətn konkret layihələr və ya fəaliyyətlər (müəyyən bir vəziyyətin təkamülü) yolu ilə qeyri-maddi mədəni irsin qorunmasında qazanılan uğurlar barədə olmalıdır. #HeritageAlive-ın əsas məqsədi yerli təcrübələrin mübadiləsini aparmaq olduğundan, məqalələr daha çox aidiyyatı QHT-lər və müvafiq sahə işçiləri tərəfindən və ya onlarla əməkdaşlıqda hazırlanmalıdır.

  • Müraciətlər üçün ilk tarix 15 oktyabr 2020-ci ildir. Əgər oktyabrdan sonra əlavə məqalələr üçün yer olarsa, ikinci müraciət mərhələsi elan olunacaqdır.
  • Məqalələrin həcmi ingilis və ya fransız dillərində, 1,500 - 2,000 söz sayı aralığında olmalıdır.
  • Məqalələrdə fransız və ya ingilis dillərinə tərcümə üçün təxminən 400 sözdən ibarət xülasə olmalıdır.
  • Məqalələr yalnız mətn şəklində, şəkillər olmadan təqdim olunmalıdır. Şəkilləri daha sonra təqdim etməyiniz xahiş olunacaqdır.
  • İstinadlar / Biblioqrafiya Harvard stilində olmalıdır. Nümunə:
    • Mətn daxilində: (Shriver and Atkins, 1999, p.12)
    • Biblioqrafiyada: Shriver, D.F. and Atkins, P.W. (1999). Inorganic Chemistry 3rd ed. Oxford: Oxford University Press.

Müəlliflər mətni redaksiya heyətinə təqdim etməzdən əvvəl orfoqrafik səhvlərin korrektəsinə cavabdehdirlər. Həddindən artıq orfoqrafik və qrammatik səhvləri olan sənədlər müəllifə geri qaytarılacaqdır. Şəkil faylları daha sonra ayrıca istəniləcəkdir. 

Təqdim edilən məqalələr baş redaktor, Eivind Falka göndərilməlidir: [email protected]

Mənbə: www.unesco-ichcap.org

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?