Gənc Yazarlar üçün Yay Qısa Hekayə Mükafatı

30 İyul 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 30 avqust 2020-ci il
Kimlər müraciət edə bilər: gənc yazıçılar
Mükafatlar: Qalib hekayə 3000 ABŞ dolları əldə edəcək və onlayn dərc ediləcək. İkinci və üçüncü yerləri qazanan hekayələr dərc olunmaqla yanaşı müvafiq olaraq 300 və 200 ABŞ dolları məbləğində mükafat da qazanacaqlar.

Təsvir

Gənc Yazarlar üçün Yay Qısa Hekayə Mükafatı 1 iyuldan 30 avqusta qədər davam edir. Bütün qaliblər və fəxri mükafatçılar Sobel Weber-dən Nat Sobel, The Bent Agentliyindən Victoria Cappello, Yazıçılar Evindən Andrea Morrison, Fletcher & Company-dən Sara Fuentes, Compass Talent-dən Heather Schroder və Carnicelli Ədəbi İdarəetmə mərkəzindən Siohban McBride ilə tanışlıq imkanı qazanacaqlar. Sizin uğur qazanmağınızı və yazınızın oxunmasını istəyirik. İlk gündən başlayaraq gənc yazıçılara dəstək vermək bizim vəzifəmiz olub.

Uyğunluq meyarları

  • Əvvəllər heç bir yerdə dərc olunmayan hekayələr təqdim edilməlidir.
  • Eyni vaxtda bir neçə işin təqdim edilməsi mümkündür.
  • Yalnız gənc yazarlar iştirak edə bilər.
  • Beynəxalq ingilis dilində təqdimatlara icazə verilir.
  • 20 ABŞ dolları iştirak haqqı ödənişi tələb olunur.
  • Hekayələrdə şəxsi məlumatlar istifadə edilməməlidir.
  • Bütün hekayələr dərc olunmaq üçün nəzərdə keçirilir.

Mükafatlar 

Qalib hekayə 3000 ABŞ dolları qazanacaq və onlayn dərc ediləcək. İkinci və üçüncü yerləri tutan hekayələr dərc olunmaqla yanaşı müvafiq olaraq 300 və 200 ABŞ dolları məbləğində mükafat da əldə edəcəklər.

Necə müraciət etmək olar?

Ətraflı məlumat əldə etmək və müraciət etmək üçün, xahiş olunur rəsmi internet səhifəsinə daxil olasınız.

Mənbə: www.mladiinfo.eu

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?