Ümumdünya Turizm Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda Qlobal Startap Müsabiqəsi 2020 müraciətlər üçün açıqdır

27 İyul 2020Xəbər
news-inner-photo

Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lər) nail olunmasını sürətləndirməyə birbaşa töhfə verən ən innovativ startapları reallaşdırmaq üçün dünyanın ən böyük müsabiqəsinə baş vurun!

BMT-nin davamlı, əlçatan və inklüziv turizmin təşviqi üçün məsul olan agentliyi - Ümumdünya Turizm Təşkilatının (ÜTT) rəhbərliyi ilə, bu Müsabiqə, bu ildən başlayaraq BMT-nin qarşıdakı fəaliyyət onilliyi ərzində qlobal innovasiya və sahibkarlıq ekosistemini davamlılığı və fəaliyyətlərin təsirini artırmaq istiqamətində dəstəkləmək məqsədini daşıyır.

İqtisadiyyatın müxtəlif sahələrindən maraqlı tərəfləri bir araya gətirərək bu təşəbbüs ortaq bir məqsədə çatmağı, korporasiyalarda və yerlərdə davamlı inkişafın ön sıralarında innovasiyaları tətbiq etməyi qarşısına məqsəd qoyur.

Hədəf Startapları:

Bu müsabiqə, müqavilə bağlamaq hüququ olan və buna yaşı çatmış fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, BMT üzvü olan ölkələrin bütün sahibkarları üçün açıqdır. Layihələr hər hansı bir metod, proses, idarəetmə modelləri, sosial təsir təşəbbüsləri, texnoloji tətbiqlər və digər innovasiyalar üzərində qurula bilər.

Dünyanın hər yerindən və bütün iqtisadi sahələrdən olan startaplar aşağıdakı meyarlara cavab verdikdə iştirak üçün uyğundur:

  • əlavə dəyər yaratmaq imkanları ilə innovativ olmalı
  • dayanıqlılığı əsas götürməli
  • miqyasca böyüyən olmalı: beynəlxalq böyümə üçün potensiala və korporasiyalarda və yerlərdə (ölkələr, regionlar) tətbiq oluna biləcək potensiala sahib olmalı
  • Erkən Mərhələdə olmalı yaxud A seriyalı startap olmalı
  • sınaqdan keçmiş pilot layihəsi və biznes planı olmalı
  • əvvəl akselerasiya mərhələsi keçmiş, və
  • tam-ştat komandası olmalıdır.

İnnovasiyanın bütün növləri məqbuldur: yeni metodlar, proseslər, idarəetmə modelləri, sosial təsir təşəbbüsləri və texnologiyalar.

Kateqoriyalar:

Bu müsabiqə Dayanıqlı İnkişaf Məqsədlərinin sayına görə 17 kateqoriyadan ibarətdir. Bununla əlaqədar olaraq, sahibkarlar hansı məqsədin həllinə daha çox uyğun olduğunu müəyyənləşdirə bilərlər.

  • Məqsəd 1: Hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq
  • Məqsəd 2: Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq və dayanıqlı kənd təsərrüfatını təşviq etmək
  • Məqsəd 3: Yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq
  • Məqsəd 4: Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək
  • Məqsəd 5: Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək
  • Məqsəd 6: Hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək
  • Məqsəd 7: Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
  • Məqsəd 8: İnklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğu və layiqli əməyi təşviq etmək
  • Məqsəd 9: Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək
  • Məqsəd 10: Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq
  • Məqsəd 11: Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək
  • Məqsəd 12: Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etmək
  • Məqsəd 13: İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görmək
  • Məqsəd 14: Okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək
  • Məqsəd 15: Meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək üçün tədbirlər görmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq
  • Məqsəd 16: Ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək
  • Məqsəd 17: Dayanıqlı inkişaf üçün qlobal əməkdaşlığı canlandırmaq

Qiymətləndirmə Meyarları:

İştirakçı startaplar aşağıdakı göstəricilərə görə qiymətləndiriləcək:

  • Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına verdiyi töhfə
  • Startapla əməkdaşlıq nəticəsində dəyərin əldə edilməsi rahatlığı
  • Potensial biznes təsiri
  • Məhsul və texnologiyanın yetkinliyi
  • Komanda və təşkilatçılığın bütövlüyü
  • Tərəfdaşlığa hazırlıq

Faydaları:

Qalib startaplar aşağıdakılarla məhdudlaşmayan faydaları əldə edəcək:

  • ÜTT-nın Demo Günündə çıxış
  • İntellektual mülkiyyət, davamlılıq, biznes və liderlik mövzularında tək və qrup sessiyaları daxil olmaqla mentorluq proqramı.
  • Texnoloji dəstəkdən istifadə
  • ÜTT-nın İnnovasiya Şəbəkəsinə qoşulma
  • Özəl sektor nümayəndələri və təşkilatları ilə potensial pilot layihə

Müsabiqə qrafiki: 

  • Müraciətlər üçün son tarix: 20 sentyabr 2020-ci il
  • Qalib startapların elan edilməsi: noyabr 2020-ci il
  • Qaliblərin pitçinq mərhələsi: noyabr 2020-ci il

Əlavə məlumat almaq və müsabiqəyə müraciət etmək üçün, xahiş olunur rəsmi səhifəyə daxil olun.

Mənbə: www.opportunitiesforyouth.org 

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik