Aut quia eos reprehe
“Aporiya” filmi artıq Amazon Prime platformasında

“Bir kəndin sakinləri naməlum cinayətkar dəstə tərəfindən əsir alınır və onların üzərində bu quldur dəstənin eksperimentləri başlanır.
Eksperimentlər uğursuz alınınca onları edam etmək üçün dağlara aparırlar. Arvin və Yejle onlardan xilas olub bir dərin çalada gizlənə bilirlər – orada ki, bir müddət sonra bu çala bir tabuta, xilas olanlar isə mutantlara çevrilir.” – bu il nümayişə təqdim edilən “Aporiya” filmi haqqında Kinopoisk saytında məlumat verilir.
Qısa müddət ərzində “Aporiya” ən səs-küylü və baxılan filmlərdən birinə çevrilərək nəhayətdə ilk Azərbaycan filmi kimi Amazon platformasında qlobal bazara təqdim edildi.
İstanbulda filmin premyerası zamanı tamaşaçı kütləsinin böyük axını səbəbilə əlavə zal açılmalı oldu. Filmdə baş rolda çəkilmiş aktrisaya isə artıq Hollivudda çəkiliş üçün təklif gəlib.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru olan Rəvan Cabbarov bildirir ki, ilk əvvəldən məqsədi beynəlxalq bazara çıxmaq idi və buna nail olundu: “Aporia” filmi Amazon kimi geniş miqyaslı bir platformaya çıxmağı bacaran ilk Azərbaycan filmidir.
“Çəkiliş prosesi olduqca maraqlı və eyni zamanda çətin başa gəlmişdir.”
Çəkilişlər üçün bizə insanların yaşamadığı dağlıq yer lazım idi. Çox soyuq olan dağlarda aparılan çəkilişlərdə, xüsusilə suda çəkilişlər zamanı aktyorlar demək olar ki, soyuqdan donurdular.
Əvvəldən istəmirdim ki, hər kəsə tanış olan yerli aktyorlar mənim filmimdə rol alsın. Düşünürəm ki, insanlar eyni üzləri daim görməkdən bir qədər bezib. Yeni istedadları tapmaq və kəşf etmək istəyirdim. Kastinqlər Şəki dram teatrı və Zaqatala xalq teatrında baş tutdu. Bütün səhnələr Şəki rayonunda çəkilməklə 2018-ci ilin 1 avqustunda başlayıb 2019-cu ildə tamamlandı. Filmdə baş rolları Aysel Yusibova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rəhim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və digərləri ifa ediblər. Film 16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Aktyor heyətin seçimində də yanılmadım. Belə ki, baş rolu ifa edən aktrisa artıq Hollivudda çəkilmək üçün təklif alıb. Hazırda danışıqlar davam edir.
Belə bir uğurlu film çəkmək üçün lazım olan təxəyyül və böyük motivasiyadır. Kinematoqrafiyanın fərqli janrları və texnikalarını sınaqdan keçirmək lazım gəlir. Bir də əlbəttə maddi dəstəyə ehtiyacımız olub ki, nəticə gözləntiləri və sərf olunan bütün zəhməti doğrultsun.
Film baxışa təqdim edildikdən sonra müxtəlif təkliflər, müsahibələr üçün müraciətlər və təkliflər alırıq. Bu isə əladır!
Hazırda filmin rus dilinə dublyajı edilir və Rusiya, Qazaxıstan, Ukrayna və digər dövlətlərdə nümayişi planlaşdırılır. Artıq əldə etdiyimiz vacib nailiyyətimiz odur ki, film artıq Türkiyə və Amerikaya çıxa bilib.
Filmin treyleri: youtube.com/watch?v=QFMiKyC4WxE#action=share
Mənbə: 1news.az ; massa.az