Ramiz Rövşən və Nigar Həsənzadə Kolumbiyada dünyanın ən böyük poeziya festivalında çıxış edəcəklər

25 İyun 2020 Xəbər
news-inner-photo

Məşhur Azərbaycan şairləri Ramiz Rövşən və Nigar Həsənzadə Kolumbiyanın Medellin şəhərində keçiriləcək ən böyük və ən nüfuzlu Beynəlxalq Poeziya Festivalında (Festival Internacional de poesía) ölkəmizi təmsil edəcəklər.

Festival avqustun 1-dən oktyabrın 10-dək keçiriləcəkdir. Şairlərimiz sentyabrın 5-də çıxış edəcəklər. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il festival onlayn şəkildə keçiriləcək. Hər oxucuya şeirlərini oxumaq üçün 20 dəqiqə vaxt verilcək. Festivalın qaydalarına əsasən, şeirlər ispan dilinə tərcümə olunmaqla orijinal dildə oxunacaqdır. Festivalda dünyanın 103 ölkəsindən 191 şair iştirak edəcəkdir.

Beynəlxalq Poeziya Festivalı 1991-ci ildə şair və ictimai xadim Fernando Rendon tərəfindən təsis edilmişdir. Medellin yer üzünün ən təhlükəli şəhərlərindən biri hesab olunurdu və narkotik alverçilərinin müharibələri isə dinc vətəndaşların da həyatını ititmsinə səbəb olurdu. Bu il paytaxtı Medellin olan Antioxiya əyalətindəki Seqoviyada məşhur Kolumbiyalı şair Daniel Chaparro öldürülmüşdür. Onun xatirəsinə həsr olunan kütləvi çıxışlar sözügedən Şeir Festivalının təşkilinə gətirib çıxardı.

Fernando Rendon, poeziya gücünün ağır zərbələrdən sonra cəmiyyətin səfərbər olunmasına və yenidən qurulmasına kömək edəcəyinə inanırdı. Festival həqiqətən sürətlə böyüdü və 2006-cı ildə alternativ Nobel mükafatı kimi adlandırılan "Düzgün həyat tərzi naminə" mükafatına layiq görüldü. Təşkilatçılar bütün ölkələrin sakinlərinə dünyanın müxtəlif dillərində bəstələnmiş şeirin gözəlliyini çatdırmaq məqsədini daşıyırlar. Dünyanın məşhur şairləri və qiraət ustaları sülhə və yaradıcılığa dəstək olmağa çağırışı ilə festivalın kürsüsündən çıxış edirlər.

Müəllif: Vüqar İmanov - www.trend.az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/ 

Bu məqalə sizin üçün faydalı oldumu?