Silikon Vadisi Akselerasiya proqramına qeydiyyat başladı!

25 İyun 2020Xəbər
news-inner-photo

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi onlayn Akselerasiya proqramı elan edir.

İntensiv Akselerasiya proqramı startaplara beynəlxalq bazarlara daxil olmağa kömək edir. "INNOLAND"in Akselerasiya proqramı müxtəlif sahələrdə mütəxəssis olan 30-dan çox yerli və beynəlxalq məsləhətçi tərəfindən dəstəklənir.

Hər həftə komandalara həftəlik mövzu ilə əlaqəli tapşırıqlar verilir və bu onları hədəflərinə nail olmağa daha da yaxınlaşdırır.

Akselerasiya proqramı "Demo Day" ilə başa çatır. Məzun olmuş komandalar investorlar və mütəxəssislər qarşısında çıxış edərək investisiya almaq imkanı əldə edirlər.

Seçim meyarları:

  • Ən azı 50.000 AZN investisiya almalı
  • Müəyyən qədər dövriyyəsi olmalı
  • Ən azı 2 həmtəsisçisi olmalı
  • Qlobala çıxma ambisiyaları olmalı

Qeydiyyat üçünhttps://forms.gle/xsRTSmfdmPAWrHwZ6

Son qeydiyyat tarixi: 30 iyun, 2020-ci il

Mənbə: www.innoland.az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/ 

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik