Qlobal musiqi müzakirələri: Eurovision-un milli musiqi sənay...
Beynəlxalq Muğam Mərkəzində məşhur Amerikalı cazmen Ceymi Devisin konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzində klassik cazın simalarından olan Ceymi Devis Bakıda ilk dəfə konsert verib.
Mərkəzdən verilən məlumata görə, konsertdə sənətçinin proqramı caz üslublarının qarışığından ibarət olub.
“Salam Bakı” sözləri ilə tamaşaçıları salamlayan ifaçı Azərbaycan paytaxtını ilk baxışdan sevdiyini bildirib. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxışından həmçinin burada musiqiçilər üçün yaradılan rahat şərait və yüksək auradan razılığını ifadə edən cazmen konsert salonunun möhtəşəmliyi ilə bağlı fikirlərini bölüşüb.
Konsert boyu ifaçı bir üslubdan digərinə asanlıqla keçid edərək populyar kompozisiyalardan klassik ariyalara qədər bənzərsiz ifası ilə tamaşaçılarda xoş ovqat yaradıb.
Mənbə: report.az