Torpaq biomüxtəlifliyi mövzusunda Foto və Video Müsabiqə

19 May 2020Xəbər
news-inner-photo

Son müraciət tarixi: 30 iyun 2020-ci il
Kimlər müraciət edə bilər: müəllifin özü tərəfindən çəkilmiş və üzərində müəlliflik hüququ olan foto/video işlərin müəllifləri
Mükafatlar: hər kateqoriya üzrə qaliblər 500 ABŞ dolları məbləğində mükafat qazanacaq.
 

Təsvir

Torpaq biotası planetin hər hansı bir hissəsinin ən böyük biokütlə konsentrasiyasını təşkil edir və ölçüyəgəlməz miqdarda meqa, makro, mezo və mikroorqanizmlərdən ibarətdir. Canlı orqanizmlərin bu müxtəlif toplusu torpağı sağlam və münbit saxlayır. Bu geniş dünya torpağın biomüxtəlifliyini təşkil edir və Yer kürəsində həyatı mümkün edən əsas biogeokimyəvi prosesləri müəyyənləşdirir.

Torpaq biomüxtəlifliyi mövzusunda Qlobal Simpozium (GSOBI20) çərçivəsində, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və onun Qlobal Torpaq Tərəfdaşlığı (GSP) proqramı torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə təşkil edir.

Müsabiqə iki əsas kateqoriyaya bölünür:

  1. Meqa və Makrofauna: məs: sürünənlər, göstəbəklər, qunduzlar, dovşanlar, porsuqlar, yer qurdları, termitlər, qarışqalar, qırxayaqlar, məryəmqurdular və s.
  2. Mezo və Mikrofauna: məs: kiçik onurğasızlar, məsələn, tariqadalar, seliklər, kolmbolanlar, böcəklər, bakteriyalar, protozoyanlar, göbələklər, nematodlar və s.

Hər iki kateqoriya üzrə iştirakçılar mikroskop da daxil olmaqla istənilən cihazla çəkilmiş yüksək keyfiyyətli şəkillər və yaxud qısa videolar / yavaşladılmış çəkilişlər təqdim edə bilərlər.

Uyğunluq meyarları

  • Hər iştirakçı qeydiyyat formasını doldurub təqdim etməklə 5-ə qədər işlə müraciət edə bilər.
  • Müraciətlər 30 iyun 2020-ci il tarixinə qədər email ilə yaxud hər hansı fayl göndərmə saytı ilə [email protected] elektron ünvanına göndərilməlidir.
  • Müraciətçilər foto/video işlər üzərində müəlliflik hüququna sahib olmalıdır və işlər müəllifin özü tərəfindən çəkilmiş olmalıdır. İşlər müsabiqədən qabaq istənilən tarixdə çəkilmiş işlər ola bilər.
  • Foto və video işlər yuxarıda qeyd edilən kateqoriyalardan birinə aid olmalıdır.
  • İştirakçılar öz foto və video işlərini, sosial media səhifələri varsa, aşağıdakı müsabiqə həştəqlərindən istifadə etməklə paylaşmalıdırlar: #SoilBiodiversity, #GSOBI20#Biodiversity2020. FAO təşkilatının sosial media səhifələri öz səhifələrində işləri təkrar paylaşa bilər.

Mükafatlar

  • Hər kateqoriya üzrə qaliblər 500 ABŞ dolları məbləğində mükafat qazanacaqlar.
  • Hər kateqoriya üzrə 5 seçilmiş finalçıya əlavə mükafatlar veriləcəkdir. Onlar müxtəlif hədiyyələr, sertifikatlar əldə edəcək və onların işləri çap olunaraq Topraq Biomüxtəlifliyi mövzusunda Qlobal Simpozioum vaxtı FAO-nun foyesində, eləcə də BMT/FAO-nun internet və sosial media səhifələrində nümayiş olunacaq və müsabiqənin qaliblərinə həsr ediləcək xüsusi məqalədə yerləşdiriləcəkdir.

Necə müraciət etmək olar?

Müraciət etmək üçün, xahiş olunur qeydiyyat formasını doldurasınız.

Müsabiqə ilə əlaqədar hər hansı sualınız olarsa, xahiş olunur [email protected] email ünvanı ilə əlaqə saxlayasınız.

Ətrafı məlumat üçün, zəhmət olmasa rəsmi internet səhifəsinə baş vurun.

Mənbə: www.mladiinfo.eu

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik