Microsoft-dan pulsuz onlayn kurslar

14 Aprel 2020 Xəbər
news-inner-photo

Müraciətlər üçün son tarix: müxtəlif
Kimlər müraciət edə bilər: dünyanın istənilən yerindən olan maraqlı şəxslər
Faydaları: kurslarda iştirak pulsuzdur və hər bir kursu uğurlu başa vuranlar sertifikat əldə edəcək.

Təsvir

Yaşadığımız mobil bulud texnologiyaları dünyasında kompüterlər həyatımızın hər yerində bizi əhatə edərək bir çox qurğularla uğurla işləyə bilir və heyrətamiz intellekt sərgiləyir. Konfrans zallarında olsun, yaxud elə evlərimizdə, həmçinin geniş şəhər infrastrukturunda, avtomobillərdə, telefonlarda, kompüterlərdə milyardlarla sensorlar, ekranlar və cihazlar ucsuz-bucaqsız şəbəkəni və ölçüyəgəlməz məlumat axınını formalaşdırır ki, nəhayətdə bu əngin sistem həyatımızın sadəcə arxa planında gözəgörünməz qalır.

Belə bir hesablama gücü, demək olar ki, ətrafımızdakı hər şeyi rəqəmsallaşdıraraq insanlar arasında, eləcə də insanlar və maşınlar arasında qarşılıqlı təsir nəticəsində generasiya olunan bütün məlumatlara dair nəticələr və həllərin əldə edilməsini təmin edir. Biz hesablama gücünün kifayət etmədiyi bir dünyadan onun demək olar ki, sonsuz olduğu və həqiqətən ən ümdə olan əşyaların getdikcə daha çox insanların marağında olduğu bir məkana transformasiya edirik.

Bu yeni əlaqələnmiş dünyada, Microsoft texnologiyaların yeni imkanlar ortaya qoyduğuna inanır və onun yeni edX kursları mobil bulud texnologiyaları dünyasında uğur qazanmaq üçün vacib olan əsas inkişaf bacarıqlarına yiyələnməyinizdə sizlərə çox faydalı olacaq.

Mövzular

və s. mövzular.

İştirakçılıq

edX kursları dünyanın istənilən yerindən olan şəxslər üçün pulsuz olaraq təklif edilir.

Faydaları

Microsoft ekspertləri tərəfindən tədris edilən edX kursları bulud texnologiyaları xidmətləri, mobil xidmətlərin inkişafı və verilənlər haqqında elmlər (datalogiya) kimi sahələrdə qabaqcıl texnologiyalarla praktiki iş təcrübəsi qazanmağa kömək edəcək. Bir tələbə, yaxud təcrübəli bir texnika mütəxəssisi olsanız belə, Microsoft özünün platformasında innovativ tətbiqlər, xidmətlər və təcrübələr inkişaf etdirməkdə gücünüzə güc qataraq müasir dünyamızda öz yerinizi tutmaqda sizə yardımçı ola bilər.

Necə müraciət etmək olar?

Əlavə məlumat almaq və mövzular üzrə istədiyiniz kursu seçmək üçün, zəhmət olmasa, rəsmi internet səhifəsinə müraciət edin.

Mənbə: www.mladiinfo.eu

Bu məqalə sizin üçün faydalı oldumu?