Qlobal Sülh Foto Mükafatı 2020

7 Aprel 2020 Xəbər
news-inner-photo

2013-cü ildən beynəlxalq səviyyədə təsis edilmiş Alfred Fried Fotoqrafiya Mükafatı müsabiqəsinə hər il dünyanın 120-dən çox ölkəsindən müraciətlər olur. Müsabiqənin dünyada daha geniş tanıtımı və fotoqrafiya işlərinizdə həyatımızın daha çox sülh və əmin-amanlıq tərəflərinin göstərildiyini nəzərə alaraq, bu mövsümdən etibarən müsabiqənin adı dəyişdirilərək Qlobal Sülh Foto Mükafatı (Global Peace Photo Award) olmuşdur.

Bu müsabiqə, dünyanın hər bir yerindən olan, işlərində sülh və əmin-amanlıq içində yaşayan bir dünyaya çağırış edən, gözəllikləri və mərhəmət hisslərini aşılayan fotoqrafları üzə çıxarıb onları daha da tanıtmaq məqsədini daşıyır. Mükafatlar bəşəriyyətin gələcəyinin dinc birgə yaşama şəraitində davam edəcəyini ən yaxşı şəkildə ifadə edən fotoqraflara veriləcək.

Müraciətlər üçün son tarix:

24 may 2020-ci il

Mükafatlar:

Ən yaxşı 5 fotoqraf Alfred Fried Sülh Medalı ilə təltif ediləcək. İlin Sülh Fotoşəkli 10.000 Avro məbləğində mükafat qazanacaq. Qalib gələn foto 1 il ərzində Avstriya Parlamentinin binasında ekranda nümayiş etdiriləcək və Avstriya Parlamentinin incəsənət kolleksiyasına daxil ediləcək.

Mükafatlandırma Mərasimi

Bütün qaliblər 17 sentyabr 2020-ci il tarixində Avstriya Parlamentində baş tutacaq mükafatlandırma mərasimində iştirak etmək üçün Vyana şəhərinə dəvət ediləcəklər.

Kimlər iştirak edə bilər?

Qlobal Sülh Foto Mükafatı dünyanın istənilən yerindən olan bütün fotoqraflar üçün açıqdır.

Müəllif və İstifadə Hüquqları:

Foto müsabiqəsində iştirak edərək, təqdim olunan fotoların yaradıcısı və müəllif hüquqlarının sahibi olduğunuzu və fotolarda göstərilən şəxslərin kütləvi nümayişə razılıq verdiklərini təsdiqləyirsiniz. Fotoqraf həmişə fotoşəklin müəllif hüququnu özündə saxlayır. Qlobal Sülh Foto Mükafatının tərəfdaşları təqdim olunan şəkillərinizi Qlobal Sülh Foto Mükafatı ilə birbaşa əlaqəli marketinq və təqdimat işləri üçün ödənişsiz şəkildə istifadə etmək hüququna malikdirlər. Bu fəaliyyətlərə nəşrlər, sərgilər, kataloqlar və ictimai nümayişlər daxildir, lakin bununla məhdudlaşmır. Bu cür istifadə üçün fotoqraf həmişə qeyd ediləcək. Şəkillərin təşkilatçı və tərəfdaşlar tərəfindən istifadəsi ümumi və qeyri-kommersiya xarakterlidir. Bu o deməkdir ki, iştirakçı şəkillərdən istifadə etməyə davam edə bilər və təşkilatçı və ya tərəfdaşlar təqdim olunan şəkillərlə heç bir kommersiya məqsədi daşımır. Zəhmət olmasa şəkillərinizin metadata bölməsində müəllif hüququ ilə bağlı müvafiq qeydi etdiyinizdən əmin olun. Unutmayın ki, təqdim etdiyiniz foto(lar) qalib gəlirsə və ya namizədlər siyahısına salınarsa, şəkilləriniz internetdə yayımlanacaq, buna görə şəkilləri yükləməzdən əvvəl metadata bölməsinə daxil olan məxfi məlumatları silin.

Mövzu:                             

Sənədli Fotojurnalistika

Ətraflı məlumat və müsabiqədə iştirak etmək üçün bu səhifəyə daxil olun.

Mənbə: www.friedaward.com

Bu məqalə sizin üçün faydalı oldumu?