Aut quia eos reprehe
Məktəb yaşlı uşaqlar üçün yaradıcı öyrənmə və inkişaf: gözləntilər

Əsas məqamlar (5-8 yaşlı uşaqlar üçün)
• Yaradıcı oyun məktəb yaşlı uşaqlara özlərini ifadə etmək, ideyalarını üzə çıxarmaq, problemlərin həlli yollarını tapmaq və məsələlərə müxtəlif prizmalardan baxmaqda kömək edir.
• Uşaqlar dram səhnəciklərində adətən sadə rekvizitlərdən istifadə edirlər.
• Rəng, forma və nümunələrin daha yaxşı qavranılması uşaqlara öz hisslərini ifadə etməyə yardımçı olur.
• Uşaqlar ritm, temp, səs tonu və diapazonu kimi musiqi anlayışlarını təcrübədən keçirirlər
Yaradıcı oyun: məktəb yaşlı uşaqların öyrənmə və inkişafı üçün əhəmiyyəti
Adətən məktəb yaşlı uşaqlar incəsənət və yaradıcı fəaliyyətlərə böyük maraq göstərirlər. Yaradıcı fəaliyyətlər və oyun uşağınızın öyrənmə və inkişafını aşağıdakı yollarla dəstəkləyir:
- Uşaqda kreativlik və təsviri ifadə bacarıqlarının stimullaşdırılması;
- Verbal və qeyri-verbal yollarla hisslərini, fikirlərini və ideyalarını ifadə etməkdə ona kömək etmək;
- Problemlər barədə düşünərkən daha çox həll yollarının tapılması;
- Məsələlərə fərqli prizmalardan baxmaq;
- Problemləri həll etmək üçün fərqli materiallar və vasitələrdən istifadə etmək.
Dram dərnəyi vasitəsilə öyrənmə və inkişaf
Məktəb yaşlı uşaqlar tez-tez tikilmə paltarlar, yemək qabları, çubuqlar, kuklalar və sair kimi sadə rekvizitlərdən istifadə edərək öz hekayələrini səhnələşdirir. Musiqi və mahnılar da əyləncəli elementlər ola bilər - uşağınızın musiqini dinləyərkən və ya musiqili videoları izləyərkən onun sözlərini necə oxuduğunu görə bilərsiniz.
Həm də uşağınız fərqli rolları ifa edə bilər, məsələn qayğıkeş bir baytarı və ya sərt bir polis zabitini. Bu kimi obrazlar onda dünyaya digər şəxslərin baxışından baxmağa kömək edəcək. Belə bir rol oyunu və hekayə nəqletmə bacarıqları kommunikasiya vərdişlərini inkişaf etdirə və uşağınıza hisslərini ifadə etməkdə yardım edərək, həmçinin ona bir insanın və ya bir ev heyvanının xəstə olduğu, və ya kiminsə qəzəbləndiyi zaman nə etməli olduğu kimi real həyati problemlərin öhdəsindən gəlmək üçün şans verəcək.
İncəsənət və sənətkarlıq öyrənmə və inkişaf vasitəsi kim
Məktəb yaşındakı uşaqlar hisslər, fikir və mesajları çatdırmaq üçün rənglərdən, toxumalardan və formalardan istifadə edə bilərlər. Məsələn, xoşbəxtlik ifadəsini göstərmək üçün çox sayda parlaq rəng istifadə edə bilərlər. Fərqli əşyalar arasındakı fərqi göstərmək və ya təsvirlərə məna əlavə etmək üçün simvollar və sözlərdən də istifadə edə bilərlər.
Uşağınızın rəng, forma, naxış və detalları daha yaxşı başa düşdüyünü görə bilərsiniz. Məsələn, uşağınız insan təsvirlərində onların əl və hətta ayaq barmaqlarını çəkə bilər. Uşağınızın ağaclar və çiçəkləri çəkəndə indi onların yarpaqları, budaqları, gövdələrini və ləçəklərini də görə bilərsiniz.
Bu yaşda, uşaqlar düşündüklərini düzəltməyin müxtəlif yollarını anlaya bilərlər - onlar üçün əvvəlcədən hazırlanmış hissələrə ehtiyac yoxdur. Məsələn, bir kəpənək üçün qanadlarını çəkib kəsə bilər və ya qırıntılı kağızdan və yarpaqlardan qanad düzəldə bilərlər. Daha aşağı yaşlı məktəblilər bir işə başlamaq üçün hələ də sizin köməyinizə ehtiyac duya bilər.
Musiqi yolu ilə öyrənmə və inkişaf
Məktəb yaşlı uşaqlar hisslərini ifadə etmək üçün musiqi səslərindən istifadə edə bilərlər. Çox vaxt musiqini necə hiss etdiklərini nəql edə bilərlər.
Övladınız həmçinin hekayələr danışanda da musiqidən istifadə etməyi xoşlaya bilər. Məsələn, məktəb yaşlı uşaqlar klassik musiqi parçası Peter və canavardan istifadə edir. Bu parçada ördək səsi üçün qoboy, quş səsi üçün fleyta və digər səslər yer alır. Bənzər bir şəkildə, uşağınız digər hekayələrdəki personajları və hadisələri də ifadə etmək üçün səslərdən istifadə edə bilər.
Övladınız yəqin ki, musiqi ifa etmək, ya bildiyi mahnıları oxumaq, ya da öz musiqisini bəstələməyi bacaracaq. Gündəlik əşyalardan musiqi alətləri düzəldə və ya musiqi applikasiyalarından istifadə etməkdə həvəsli ola bilər. Onun həmçinin səs tonu, exo, ritm, temp və diapazon ilə təcrübə aparmaq istəyi də ola bilər. Bir musiqi parçasını necə ifa etməyi öyrənmək üçün musiqi simvolları və notlarından istifadə etməyi bacara bilər.
Rəqs yolu ilə öyrənmə və inkişaf
Məktəb yaşlı uşaqlar adətən mahnıların sözlərinə cavab olaraq özünəməxsus kreativliklə hərəkətlər etməyi xoşlayırlar. Onlar daha yaxşı bədən nəzarətinə malikdirlər və bədənlərini daha ifadəli formalarda hərəkət etdirə bilirlər. Övladınızın böyük ehtimalla musiqi ilə daha harmonik hərəkət etdiyini görərsiniz. Eşitdiyi səslərdəki fərqli çalarlara özünəməxsus reaksiya verə bilir.
Övladınızın pop musiqilərinə və ya mahnılarına dostları ilə birgə rəqs etməyinə təəccüblənməyin.
Mənbə: raisingchildren.net.au