Rəssamlar üçün Qrant (Son tarix: 15 aprel 2020-ci il)

18 Mart 2020 Xəbər
news-inner-photo

Nədənsə, cəmiyyətdə digər peşə sahiblərinin öz işlərinə görə yaxşıca məvacib almasına rəğmən, adətən rəssamların pulsuz çalışdığına dair bir gözlənti olur. Rəssamlar da yaxşı məvacib almağa layiqdir. Bunu nəzərə alaraq, bizim xeyriyyə təşkilatımız rəssamlara fəaliyyətlərini və cəmiyyətə töhfələrini davam etdirmələri üçün onlara maliyyə dəstəyi göstərir. 2017-ci ildən başlayaraq təşkil olunan Rəssamlar üçün Qrant müsabiqəsi çərçivəsində, hər rüb bir rəssama 500 ABŞ dolları məbləğində kiçik bir qrant ayırırıq. 

İl ərzində müsabiqənin 4 qrant mərhələsi olur: 15 yanvar, 15 aprel, 15 iyul və 15 oktyabr. Hazırki qrant mərhələsi üçün son tarix 15 aprel 2020-ci ildir. Əgər mərhələlər üzrə son tarixlərə dair bildirişlər almaq istəsəniz, e-mail listimizə abunə olun.

Biz maliyyəni necə xərcləyəcəyinizə dair hansısa layihə təklifi yaxud göstərici tələb etmirik. Buna görə də, xahiş olunur bizə hər hansı layihə təklifi göndərməyin.

25 ABŞ dolları məbləğində müraciət haqqı bu qrant müsabiqəsinin təşkili ilə bağlı xərcləri qarşılamağa və rəssamların fəaliyyətlərini dəstəkləməkdə davam etməyimizə kömək edir. Ödənişi bizim ‘Müraciət et’ səhifəsində edə bilərsiniz.

Biz qiymətləndirmə prosesinin nəticələrini hər bir müraciətçiyə göndəririk (təxminən mərhələ üzrə son tarixlərdən 2-3 həftə sonra) və rəsmi səhifəmizdə və sosial media səhifələrimizdə qrant qalibinin adını, işini elan edərək onun vebsaytının linkini (varsa) paylaşırıq. Hazırki və keçmiş mərhələlər üzrə qaliblərin siyahısını görmək üçün, ‘Haqqımızda’ səhifəsinə nəzərə yetirin. 

Potensial iştirakçılara seçim prosesi haqqında daha geniş məlumat vermək üçün, Instagram səhifəmizdə qalib adına namizəd rəssamların işlərini dərc edirik. Bu siyahıya nəzər salmaqla baxış bucağımıza uyğun olaraq yaradıcılıq nümunələrinin geniş siyahısı ilə tanış ola bilərsiniz.

Rəssamlar işlərinə görə bütün müəllif hüquqlarını özündə saxlayır. Biz sadəcə müsabiqə qalibləri və qalib adına namizəd rəssamların tanıdılmasında maraqlıyıq.

Uyğunluq meyarları

Dünyanın istənilən yerindən, yaşı 18 və daha yuxarı olan təsviri sənət ustalarını müsabiqədə iştirak etməyə dəvət edirik.

İstənilən sahədə çalışan təsviri sənət ustaları (rəssamlıq, qravüra, fotoqrafiya, heykəltaraşlıq (istənilən materialdan), keramika, qarışıq növlər, instalyasiya və digər yeni yaxud alternativ sahələr) müraciət edə bilərlər.

Müraciət

Müraciət prosesi olduqca sadədir.

Aşağıdakıları bu emailə göndərin: [email protected]:

  • Vebsaytınızın linki

YAXUD

  • İşlərinizə dair 3-5 rəqəmsal fayl
  • CV, tərcümeyi-hal və ya qısa bio

Həmçinin, zəhmət olmasa, müraciətinizlə birlikdə 25 ABŞ dolları məbləğində iştirak haqqını da Müraciət et səhifəmizdə ödəyin.

Hər hansı sualınız olarsa, xahiş olunur xüsusi müraciət formasını doldurmaqla, yaxud qeyd olunan ünvana email göndərməklə əlaqə saxlayasınız: [email protected]

Mənbə: artistgrant.org

Bu məqalə sizin üçün faydalı oldumu?