TV, RADİO, REKLAM

TV

1927-ci ildə ixtira olunandan bu yana, televiziya qonaq otağımıza yol tapıb və həyatımızın bir hissəsinə çevrilib. Tanınmış elektron şirkətlər televizorların daha zərif və daha çox funksiyaya sahib olmasının yeni yollarını tapırlar.

Televiziyaların ilk və aşkar üstünlüyü onun əyləncə mənbəyi olmasıdır. Axşamlar televiziya proqramları ilə əylənmək üçün qonaq otaqlarımıza axın edirik. Geniş seçim imkanları ilə televiziya hər kəsin ona qonaq olmasını təmin edir. Uşaqlar, yeniyetmələr, böyüklər və yaşlı nəslin nümayəndələri üçün televiziya kanalları mövcuddur. Televiziya kontentinə əsasən realiti şoular, televiziya serialları, bədii filmlər, cizgi filmləri, musiqi, ətraf mühit proqramları, heyvanlar aləmi haqqında verilişlər, sənədli filmlər, xəbərlər və s. daxildir.

Müxtəlif sahələrdə ixtisaslaşmış insanlar üçün karyera imkanları təklif edən televiziya işində istehsal, nəqliyyat və pərakəndə sektorlarında çalışan insanlardan başqa, bu sahədə xəbər aparıcıları, operatorlar, jurnalistlər və redaktorlar kimi bir çox mütəxəssislər çalışmaqdadır.

Televiziya sənayesi XX əsrin sonuna qədər kütləvi informasiya vasitələrinin ən böyük gəlirləri, xərcləri və mümkün sosial-psixoloji təsirləri ilə mühüm iqtisadi gücə çevrilmişdir.

Brendləşmə siyasətində maraqlı olan şirkətlər adətən televiziyanın imkanlarından istifadə edirlər.Televiziya ənənəvi media vasitələri arasında ən böyük yaradıcı imkanları təklif edir. Radiodan fərqli olaraq burada həm audio, həm vizual elementlər və dinamika vardır. Reklamçılar tez-tez reklamlarında izləyicilərə təsir edən hekayələr danışmağa çalışırlar. Televiziya reklam üçün daha emosional təsirə qüvvəsinə malikdir.

Ernst & Young, UNESKO və Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Konfederasiyası (CISAC) təşkilatlarının 2015-ci ildə birgə hazırladığı Qlobal hesabatda Yaradıcı və Mədəniyyət Sənayeləri arasında televiziya sənayesindən gələn gəlirin dünya üzrə məbləği 477 milyard ABŞ dolları, bu sahədə mövcud olan iş yerlərinin sayı isə təxminən 3.5 milyona yaxın olduğu qeyd edilmişdir.

Hazırda ölkədə dövlət radio və televiziyası ilə yanaşı Lider, Space, Azad Azərbaycan, Xəzər kimi özəl televiziya və radio kanalları müxtəlif məzmunlu verilişlər yayırlar. Bundan əlavə, internet üzərindən yayımlanan internet TV və radiolar da fəaliyyət göstərir.

literature image

RADİO

Radio təkcə rəqəmsal səs-küydən ibarət deyil, o həm də dinləyiciləri üçün bir sıra imkanlar açır. Tanış mahnıları eşitmək, bugünkü ən son hitlərə qulaq asmaq, bir fəlakət zamanı ən son xəbərləri əldə etmək və ya cəmiyyətdə baş verən mühüm hadisələr haqqında məlumatlar alarkən, dinləyicilər etibar etdikləri radio stansiyalar və aparacılara üstünlük verirlər.

Radio həm də reklamçılar və iş adamları tərəfindən xüsusi auditoriyası və əhali kütləsini hədəf almağın ən yaxşı yollarından biri olması ilə unikaldır.

Ernst & Young, UNESKO və Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Konfederasiyası (CISAC) təşkilatlarının 2015-ci ildə birgə hazırladığı Qlobal hesabatda Yaradıcı və Mədəniyyət Sənayeləri arasında radio sənayesindən gələn gəlirin dünya üzrə məbləği 46 milyard ABŞ dolları, bu sahədə mövcud olan iş yerlərinin sayı isə təxminən 502 minə yaxın olduğu qeyd edilmişdir.

Məlumdur ki, radio dedikdə heç də həmişə hər kəsin ödənişsiz dinlədiyi ənənəvi radio kanalları düşünülməyə bilər. Belə ki, çağdaş dünyada Apple, Android kimi və eləcə də digər online platformalar üzərindən proqram yaradıcıları (şirkətlər) radio podkastlar üçün mobil aplikasiyalar yaradaraq istehlakçılara təqdim edir. Burada əsas fərq ondan ibarətdir ki, istehsalçı istənilən sahədə məlumatverici, elmi və digər sahələrdə onlayn şəkildə istehlakçıya audio məhsul təqdim edir, onun marağını qazanır və applikasıyaya aylıq və ya illik abunəlik üçün ona ödənişlə bağlı təkliflər irəli sürür. Hazırda onlayn aplikasiya bazarında minlərlə müxtəlif sahələri əhatə edən bu kimi applikasıyalar mövcuddur.

literature image

REKLAM

Klassik tərifə əsasən, Reklam - mövcud olanları olduğu kimi və ya olduğundan daha da yaxşı təqdim etməklə insanlarda onlara qarşı xoş münasibət yaratmağa xidmət edən kommunikasiya xidmətidir. Reklam hər hansı bir şirkətin, firmanın marketinq sahəsindəki gücünü formalaşdırır. Buna görə reklama marketinqi hərəkətə gətirən qüvvə kimi də baxılır.

Reklam sənayesi istehsalçılar və istehlakçılar arasında bir keçid rolunu oynayan qlobal, çox milyardlıq fəaliyyət sahəsidir. Ümumilikdə reklam və marketinq sənayesi 2017-ci ildə 1.2 trilyon ABŞ dolları dəyərində bazar dövriyyəsinə malik olmuşdur.

Ernst & Young, UNESKO və Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Konfederasiyası (CISAC) təşkilatlarının 2015-ci ildə birgə hazırladığı Qlobal hesabatda Yaradıcı və Mədəniyyət Sənayeləri arasında Reklam sənayesindən daxil olan gəlirin dünya üzrə məbləği 285 milyard ABŞ dolları, bu sahədə mövcud olan iş yerlərinin sayı isə təxminən 2 milyona yaxın olduğu qeyd edilmişdir.

Reklam növlərinə çap mediası, radio və televiziya, internet reklamları, e-poçt məktubları, sosial media, birbaşa məktublar və reklam lövhələrinin istifadəsi daxildir.

Böyüməkdə olan reklam bazarından daha böyük fayda əldə etmək üçün, marketinq və reklam mütəxəssisləri, mobil marketinqdən sosial media və virtual reallığa qədər bütün rəqəmsal təşviq imkanlarını əhatə edən strategiyalar düşünüb hazırlamalıdırlar. Blokçeyn texnologiyasına əsaslanan yeni sosial platformalar da öz brendlərini təşviq etmək istəyən marketoloqlar üçün yeni bir yol vəd edir.

Populyar media və texnologiya bu sənayeni idarə edir. Radio, televiziya və kompüterlərin yaranmasından əvvəl çap nəşriyyatı reklamın əsas metodu idi, belə ki reklamlar qəzet və jurnallarda, flayerlərdə və reklam lövhələrində görünürdü. Indi isə bu həm də Youtube, Facebook, Twitter, Instagram, Linkedin və digər internet platformalarında hər bir istifadəçinin gözü önündədir.
 

literature image

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik