SƏNƏTKARLIQ VƏ TƏSVİRİ SƏNƏT

SƏNƏTKARLIQ

Hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində öz əksini tapır. Daş dövründən bu günə kimi bir-birini əvəz etmiş ictimai-iqtisadi formasiyalarda xalq sənətkarlığı nümunələri də inkişaf yolu keçib. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevrilib. Misgərliyin, xalçaçılığın, dəmirçiliyin, nəqqaşlığın, dulusçuluğun, dabbaqlığın, papaqçılığın, boyaqçılığın və s. sənətlərin tarixi uzaq keçmişlərə bağlıdır.

Sənətkarlıq sənayesi sənətkarlar tərəfindən hazırlanan və ya bu sahənin müəyyən kateqoriyalarına aid olan malları, eləcə də kiçik müəssisələrdən sənət qalereyalarına qədər geniş sahəni əhatə edir. Bir çox hallarda sənətkarlıq sənayesi üzrə sahibkarlar müstəqil fəaliyyət göstərir və bir qayda olaraq, müştəri bazasını qorumaq üçün yerli xammala və icma dəstəyinə əsaslanır.

Yaradıcı sənayenin bir sahəsi olan sənətkarlığın iqtisadiyyatda artan rolu son illər bu sahəyə olan marağı artırıb. Xüsusilə bu sahə üzrə Azərbaycan Respublikasının vergi qanunvericiliyində bir sıra güzəştlər mövcuddur.

Sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəlirləri gəlir vergisindən azaddır.

Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.

Qlobal Sənətkarlıq Bazarına dair 2019 hesabatına, sənətkarlıq sənayesi üzrə ümumi orta illik artım göstəricisinin növbəti 5 il ərzində 5,6% artaraq 2019-cu ildə 38,4 milyard ABŞ dollarından 2024-cü ildə 53,1 milyard ABŞ dollarına çatması gözlənilir.

literature image

TƏSVİRİ SƏNƏT

Təsviri sənət incəsənətin eləcə də kreativ sənayenin bir növüdür. Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir. Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdır. Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur.

Təsviri sənətə daxildir:

  • rəsm;
  • qrafika;
  • boyakarlıq;
  • heykəltaraşlıq;
  • dekorativ tətbiqi sənət;
  • bəzən memarlıq.

Rəsm təsvirin əsasını təşkil еdir. Rəssam müəyyən tablоnu işləyərkən əşyaların fоrmasını, həcmini, mütitdə mövqеyini rəsm dilində əks еtdirir. Təsvirin həcmli, mühütin rеal görüntüsü üçün pеspеktiv və işıq- kölgə qanunlarına müraciət оlunur. Rəsm kоmpоzisiya ilə əlaqədardır. Kоmpоzisiya tablоnun ümumi quruluşu, ayrı- hissələrin əlaqəsi və оnların bir-birinə uyarlığı dеməkdir.

Təsviri sənətin beş əsas funksiyası vardır: mərasim, bədii ifadə, nəqledici, funksional və inandırıcı. Bu cərgəyə sənətkarın sadəcə bu məqsəddən ötə çox kiçik əhəmiyyətli yaxud heç bir əhəmiyyəti olmayan bir gözəllik yaratmaq istəyi mənasında "gözəllik" funksiyasını də əlavə etmək olar.

Təsviri sənət sahəsinə dekorativ sənət adlanan daha çox yaradıcılıq tələb edən kateqoriyanı da əlavə etmək olar. Təsviri sənətin bu növü çox funksiyaya sahib olan, özünəməxsus bədii üslubunu saxlayan və xüsusi istedad tələb edən sahə hesab olunur. Dekorativ sənətə keramika, mebel istehsalı, toxuculuq, zərgərlik, metal sənətkarlığı və mozaika sənəti daxildir.

Təsviri sənətə bəzən qrafik dizaynı, moda dizaynı və daxili dizayn kimi tətbiqi sənət sahələri daxildir. Bədən sənətinin yeni növləri də vizual sənətlərin ümumi başlığı altına düşə bilər. Bunlara aşağıdakılar daxildir: döymə sənəti, üz boyası və bədən boyası.

literature image

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik