MUSİQİ, RƏQS, TEATR

MUSİQİ

Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Yunan rəvayətlərinin birində Orfey oxuduğu gözəl nəğmələrlə tanrıları və adamları heyran edir, təbiətin kor qüvvələrini ram edirdi. Musiqi səsli bədii obrazlara gerçəklikdə əks etdirən insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir.

Müasir zamanda musiqi və sənaye sözlərinin bir araya gəlməsi və musiqi sənayesinin yaradıcı sənayelər kontekstində ölkə mədəniyyətinə və iqtisadiyyatına faydaları potensial olaraq çox böyükdür. Musiqi sənayesi dünyada ən dinamik inkişaf edən sahələrdən biridir. Bu sahə müasir mobil texnologiyaların, eyni zamanda Youtube kimi audiovizual platformaların yaranmasından sonra daha da genişlənmiş və əlçatan olmuşdur. Hal-hazırda 6 milyarddan çox baxış ilə Youtube-da ən çox baxılan video məhz musiqi klipidir.

Musiqi sənayesi yeni mahnı və əsərlər yaratmaqla, canlı konsertlər və şoular, audio və video yazılar və kompozisiyaları satmaqla pul qazanan şirkətlərdən və şəxslərdən və musiqi yaradıcılarına kömək edən və təmsil edən qurum və birliklərdən ibarətdir.

Sənayedə fəaliyyət göstərən tərəflər aşağıdakılar ola bilər:

  • yeni mahnılar və musiqi parçaları yaradan mahnı müəllifləri və bəstəkarlar;
  • musiqini ifa edən müğənnilər, musiqiçilər, dirijorlar və qruplar;
  • nota alınmış musiqi yaradan, satan şirkətlər və mütəxəssislər (məs: musiqi istehsalçıları, səsyazma studiyaları, mühəndislər, musiqi yayımçıları, pərakəndə və onlayn musiqi mağazaları, müəllif hüquqları təşkilatları);
  • canlı musiqi tamaşalarını təşkil etməyə və təqdim etməyə kömək edənlər (səs mühəndisləri, sifarişçilər, təbliğatçılar, musiqi məkanları, daşıma xidmətləri).

Bir ölkənin musiqi iqtisadiyyatının inkişaf etdirilməsi çoxlu dividendlər gətirir:

  • bədii və mədəni inkişaf,
  • cəmiyyətin sosial rifahı,
  • iş yerlərinin yaradılması,
  • iqtisadi fəaliyyət və turizm imkanlarının artırılması.

Canlı musiqi iqtisadiyyatı insanların yaşamaq və yaratmaq həvəsini reallaşdırmaq üçün münbit şərait təmin edən mühüm amil kimi bir çox sahələrdə, biznes müəssisələrində və investisiya qoyuluşlarında istedadların cəlb edilməsinə və qorunub saxlanılmasına imkan yaradır. Eyni zamanda, canlı musiqi, festivallar və tarixi musiqi yerləri çox sayda turisti cəlb edir.

Ernst & Young, UNESKO və Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Konfederasiyası (CISAC) təşkilatlarının 2015-ci ildə birgə hazırladığı Qlobal hesabatda Yaradıcı və Mədəniyyət Sənayeləri arasında Musiqi sənayesindən dünya üzrə daxil olan ümumi gəlirin məbləği 65 milyard ABŞ dolları, bu sahədə mövcud olan iş yerlərinin sayı isə təxminən 4 milyona yaxın olduğu qeyd edilmişdir.

literature image

RƏQS

Rəqs - bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü.

Rəqsi insanı rahatlaşdıran, yüngülləşdirən və onu stresdən çıхaran ən yaхşı vasitələrdən biri də saymaq olar. İnsan sözün əsl mənasında, rəqs etdiyi zaman başqa bir dünyaya düşür və unudulmaz anlar yaşayır. Bunu rəqsi dərk edə bilənlər duyur. Amma rəqs haqda anlayış çoх azdır. Rəqsin bir çox növü var: balet, vals və s. Yəni toy və başqa məclislərdə daim eyni hərəkətlər edir. Çünki əslində rəqsdə hansı hərəkətlərin mövcudluğundan хəbərsizdilər. Bu səbəbdən də həm milli, həm də dünya rəqsləri haqqında qısa məlumatları qeyd edirik. Öncə milli rəqslərimiz haqqında danışaq.

Azərbaycan rəqsləri - özündə qədim və zəngin tarixi daşıyır. Eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Bu, araşdırmalar nəticəsində məlum olub.

Azərbaycanda rəqs

Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət reqslərlə həyata keçirirdilər. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir.

Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.

Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var. Azərbaycanıın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla Milli rəqsi xeyli inkişaf etdirə biliblər. Bu rəqslər vasitəsilə hər kəs öz daxilində mənini tapır, xalqına məxsus olan mənəvi-əxlaqi dəyərləri dərk edə bilər.

Rəqs və musiqi

Rəqs ümumən musiqinin müşayiəti ilə ifa edilir. Bəzi rəqs növlərində, məsələn ayaqla ritmik rəqslərdə musiqi əvəzinə müşayiət ayaqlarla çıxan səslərin hesabına başa gəlir. Musiqi və rəqsin bir çox erkən formaları biri-biri üçün yaradılmışdır və çox vaxt bir yerdə ifa edilir. Cütlüklər şəklində icra edilən ənənəvi rəqs/musiqi nümunələrinə ciqa, vals, tanqo, disko və salsa daxildir.

Bəzi musiqi janrlarında barokko musiqisi və barokko rəqsi kimi paralel rəqs növü vardır. Rəqs və musiqinin digər növləri ortaq nomenklaturaya malikdir, lakin ayrılıqda inkişaf edir, misal üçün klassik musiqi və klassik balet.

Rəqs sənayesi

Rəqs sənayesi iki əsas sahəyə bölünür: peşəkar və həvəskar. Peşəkar rəqs sənayesi rəqqaslar, xoreoqraflar, məşqçilər, kostyumlar və dekorasiyalar üzrə rəssamlar, vizajistlər, publisistlər və digər pərdəarxası fəaliyyət göstərən peşəkarlardan ibarətdir

Birləşmiş Krallığın rəqs sənayesində bu gün 200 rəqs şirkəti daxilində təqribən 30 min insan çalışır.

literature image

TEATR

Bir çox Avropa paytaxtlarının və ölkələrinin zəngin mədəni irsi müasir teatrın dinamizmi sayəsində güclənir. Bu, yaradıcı sənayenin digər sahələri ilə yanaşı, Avropanın nüfuzunun yaradıcılıq mərkəzi kimi yüksəlməsində, öyrənilməli və tədqiq edilməli olan bir sıra nümunələrin təqdim edilməsində mühüm rol oynayır.

Teatr mühüm iqtisadi və sosial təsirə malik yaradıcı sahə kimi səhnə sənətinin nəticəsidir. Səhnə sənətinə dörd əsas fəaliyyət növü daxildir: müasir və klassik rəqs, teatr, canlı musiqi və sirk sənəti; bu sahə isə özlüyündə dövlət və özəl sektora ayrılır. Bu məşhur təsnifatlardan savayı, ədəbiyyat dörd konsentrik dairəyə bölünən Konsentrik Dairələrin Modeli, Torsbi kimi digər nöqteyi nəzərləri də təklif edir. Birinciyə əsasən, teatr dairənin mərkəzində dayanır, daha sonra musiqi, rəqs, ədəbiyyat, təsviri sənət gəlir, sonra bu ardıcıllığı videoart, kompüter elmi və multimedia sənəti kimi yeni sənət formaları davam etdirir. Bu fərqli sənət formaları əsasən dövlət orqanları tərəfindən maliyyələşdirilir.

Mərkəzdən sonrakı dairəyə məhsulları mədəni məhsul kimi tövsif edilən, həm də digər qeyri-mədəni mal və xidmətləri istehsal edən sahələr aid edilir: redaktə və nəşr, radio və televiziya, jurnalistika və kino, eləcə də kompüter oyunları kimi yeni əyləncə növləri. Üçüncü dairə, daxildən xaricə doğru mədəniyyət sahəsindən kənarda fəaliyyət göstərən iqtisadi fəaliyyət növlərindən ibarət olan, lakin məhsulları reklam, turizm, memarlıq və dizayn sahələri ilə yanaşı əhəmiyyətli mədəni meyarlara malik olan dairədir. Teatr sahəsində fəaliyyət göstərən yaradıcılıq müəssisələri, bir qayda olaraq, yaradıcılıq sənayesinin bir hissəsi kimi qeyri-kommersiya təşkilatları qismində çıxış edirlər, onlar əməkdaşlarının sayı birdən üçə qədər olan çox kiçik müəssisələrdir ki, bu da bu tip sahələrin ümumi səciyyəvi xüsusiyyətidir. 

Buna görə də dövlət müəssisələri yaradıcı sahibkarların nail olmağa çalışdıqları innovasiya prosesinin stimullaşdırılmasında əsas rol oynayırlar.  Lakin iri yaradıcılıq müəssisələri 1%-dən az olsa da, statistika göstərir ki, illik dövriyyənin 40%-dən çoxu məhz onların payına düşür.

Avropada çoxlu sayda iş yerləri təklif etməklə (2011-ci ildə təxminən 1.234.338), özündə teatrı ehtiva edən səhnə sənəti sektoru, təklif edilən altı iş yerinin birindən çoxunu tutaraq qitənin mədəni və yaradıcı sənaye sahələrində ən böyük işəgötürən sayılır.

Bu yaradıcı sənaye sahəsinin insanların cəlb edilməsində mühüm rol oynaması məlum məsələdir, məsələn: Böyük Britaniyaya gələn bütün turistlərin 9,2%-i teatra, musiqi konsertlərinə, opera və balet tamaşalarına, parklarda, barlarda/pablarda, restoranlarda və hətta düşərgələrdə göstərilən yerli tamaşalara baş çəkirlər ki, bu da Avropada turizm dövriyyəsinin mühüm elementi hesab edilir; Avropanın populyar turizm mərkəzlərindən biri olan Barselona Dövlət Teatrını 2011-ci ildə rekord sayda - 2,8 milyon tamaşaçı ziyarət edib.

literature image

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik