Ədəbiyyat - insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir.
Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı.
Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər:
Ədəbiyyat - insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir.
Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı.
Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər:
Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür:
Bu bölgünü ilk dəfə verən, nəzəri cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük filosofu və nəzəriyyəçisi Aristotel (384-322) olmuşdur.
Ədəbiyyatın əsas janrları:
Ədəbi mətnlər maddi olaraq əlyazma formasında, yaxud kitab şəklində, və ya kompüter faylı və ya audio-kitablar formasında daşına bilər.
Qlobal kitab nəşri bazarından əldə olunan gəlirlərin qarşıdakı illərdə müəyyən qədər artaraq 2015-ci ildə 113 milyard ABŞ dollarından 2020-ci ildə 123 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
Kitabların, jurnalların və digər əsərlərin nəşri yaradıcı iqtisadiyyatın vacib hissəsidir. Texnologiya və ictimai siyasətdə baş verən inkişaf prosesləri səbəbilə nəşriyyat sahəsində baş verən dəyişikliklər hələ Qutenberqin çap qurğusu və Kraliça Annanın Müəllif hüquqları haqqında Akt (Annanın Əsasnaməsi) vaxtlarına gedib çıxır.
Texnologiyadakı son təkamüllər, oxucu vərdişləri və ictimai siyasət nəşriyyatın mahiyyətini dərin dəyişdirərək qlobal sənayenin simasını dəyişdirməyə davam edir.
Qəzetlər müntəzəm olaraq son xəbərləri təqdim edən nəşrlərdir. Qəzetlərin əksəriyyəti əvvəlcə pərakəndə satış köşkləri vasitəsilə abunəçilərə satılır və ya reklam dəstəyi ilə pulsuz qəzet şəklində paylanır. ABŞ-da nəşr edənlərin üçdə biri qəzet naşirləridir.
Nominal olaraq dövri nəşr müntəzəm qrafiklə yeni bir tirajla çıxan nəşrləri əhatə edir. Qəzetlər və jurnallar hər ikisi dövri nəşrdir, lakin sektor daxilində dövri nəşr tez-tez jurnallar və hətta akademik jurnallar da daxil olmaqla ayrıca bir sahə hesab olunur.
Qlobal kitab nəşriyyatı illik gəlirinin 100 milyard dollardan çoxunu və ya ümumi media sənayesinin təxminən 15%-ni təşkil edir.
Kitabların çoxu çox az sayda böyük kitab nəşriyyatı tərəfindən nəşr olunur, lakin minlərlə kiçik kitab naşirləri də fəaliyyət göstərir. Bir çox kiçik və orta kitab nəşriyyatı müəyyən bir sahədə ixtisaslaşmışdır. Bundan əlavə, minlərlə müəllif nəşriyyat şirkətləri yaradaraq öz əsərlərini özləri nəşr etməyə başlamışdır.
İngilis dilli kitabların təxminən 60%-i "Böyük beşlik" nəşriyyatları vasitəsilə istehsal olunur: Penguin Random House, Hachette, HarperCollins, Simon & Schuster və Macmillan.
Kataloq nəşriyyatı nəşriyyat sənayesində ixtisaslaşmış bir sahədir. Bu naşirlər poçt siyahıları, telefon kitabçaları və digər kataloq çeşidləri istehsal edirlər. İnternetin inkişafı ilə bu kataloqların çoxu indi onlayn formadadır.
Akademik nəşrlər adətən akademik mövzularda ixtisaslaşmış kitab və ya dövri nəşrlərdir. Bəziləri, universitet mətbuatı kimi, elmi qurumlara məxsusdur. Digərləri akademik mövzulara yönəlmiş kommersiya müəssisələridir.
IBISWorld beynəlxalq bazar araşdırması şirkətinin Qlobal bazar araşdırması hesabatına əsasən, təkcə kitab nəşriyyatından 2019-cu ildə 119 milyard ABŞ dolları əldə edilməsi gözlənilir. Bu sənayedə fəaliyyət göstərən 16,395 müəssisədə 315,579 işçi çalışır.
Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun