“TALENT MEETS BERTELSMANN 2020” Beynəlxalq Proqramı müaciətlər üçün açıqdır (Berlin, Almaniya)

13 Mart 2020 Xəbər
news-inner-photo

Müraciətlər üçün son tarix: 3 may 2020-ci il
Kimlər müraciət edə bilər: media sahəsinə marağı olan tələbələr
Məkan və zaman: 29 iyun – 1 iyul 2020-ci il, Berlin, Almaniya

Proqram haqqında məlumat

Rəqəmsal dünyada öz gələcəyinizi müəyyən etməyə hazırsınızmı? Media sferası və məlumatlara əsaslanan biznes modellərinə marağı olan kreativ biznes nümayəndəsisiniz?

O zaman, 29 iyun – 1 iyul 2020-ci il tarixində Almaniyanın Berlin şəhərində “Talent Meets Bertelsmann 2020” beynəlxalq şəbəkələşmə tədbirində iştirak üçün sahibkarlıq və innovativ ideyalara malik istedadlar proqrama müraciət edə bilərsiniz. Bu proqramda iştirak yolu ilə rəqəmsallaşmanın çətinlikləri və imkanlarını birgə araşdırın və həyəcanverici seminarlara qatılın. Bertelsmann media şirkətinin təcrübəli biznesmenləri ilə əsas biznes ideyaları üzərində birgə çalışın və şirkətin rəhbər şəxslərindən təşkil olunan münsiflər qarşısında nəticələrinizi təqdim edin. “Talent Meets Bertelsmann 2020” proqramına qoşulun və dünyanın ən böyük media şirkətlərindən biri ilə yaxından tanış olun.

Uyğunluq meyarları

  • Biznesin təşkili, iqtisadiyyat, humanitar elmlər, media idarəetməsi, jurnalistika, biznes analitikası, informatika və ya digər sahələrdə bakalavr və ya magistr, MBA və ya doktorantura təhsili və eləcə də media və datalogiya sahəsinə böyük maraq,
  • Biznes, texnologiya və yaradıcılıq, eləcə də onların qarşılıqlı əlaqəsinə həvəsinizi göstərən layihələrdə təcrübə,
  • Üst səviyyədə akademik göstəricilər və güclü analitik və kommunikasiya bacarıqları,
  • İngilis dilində sərbəst danışıq və yazı qabiliyyəti.

Faydaları

  • Yeni dostlar və faydalı tərəfdaşlar taparaq şəbəkənizi genişləndirmək,
  • Canlı çıxış imkanı ilə heç zaman unudulmayacaq mərasimdə iştirak etmək,
  • Fərdi karyera məsləhətləri almaq,
  • Talent Meets Bertelsmann şəbəkəsinin daimi üzvlüyünü əldə etmək,
  • Proqram sizin 2 gecəlik (29 iyun-1 iyul 2020-ci il) otel xərcinizi, eləcə də səyahət xərclərinizi qarşılayacaq (Avropa ali məktəblərindən olan tələbələr üçün 300 avroya qədər, digər ölkələrin ali məktəblərindən olan tələbələr üçün isə 500 avroya qədər).

Necə müraciət etmək olar?

Müraciət etmək üçün, xahiş olunur burada şəxsi hesab açın.

Hər hansı sualınız olarsa, lütfən Niklas Bourdonneau emaillə müraciət edin: [email protected]

Ətraflı məlumat üçün, zəhmət olmasa rəsmi səhifəyə daxil olun.

Mənbə: mladiinfo.eu
 

Bu məqalə sizin üçün faydalı oldumu?