EU4Culture layihəsinin mobillik qrantı müsabiqəsinə layihə qəbulu davam edir

26 Iyul 2023 Xəbər
news-inner-photo

Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsinin elan etdiyi mobillik qrantı müsabiqəsinə layihə qəbulu davam edir. Qrant müsabiqəsinə yalnız paytaxtdan kənarda yerləşən şəhərlərdə və ya ucqar rayonlarda yaşayan 18 yaşından yuxarı rəssamlar və ya mədəniyyət işçiləri layihələrini təqdim edə bilər.

Layihələrdə 4 növ səfərlər dəstəklənəcək:

  • 1 500 avroya qədər qısamüddətli (5-10 təqvim günü);
  • 3 500 avroya qədər ortamüddətli (5 həftəyə qədər);
  • 5 000 avroya qədər uzunmüddətli (12 həftəyə qədər);
  • 1 000 avroya qədər virtual (səyahət yoxdur, lakin başqa ölkədə baş verən tədbirdə onlayn iştirak).

Seçilmiş səfərlər üzrə layihələr Aİ-yə üzv dövlətlərdə, Aİ-nin tərəfdaş ölkələrində və digər Avropa ölkələrində 15 noyabr 2023-cü il tarixindən 31 avgust 2024-cü il tarixinədək həyata keçirilə bilər.

Ərizələrin təqdim olunması üçün son tarix: 25 sentyabr 2023-cü il, saat 18:00 (CET).

Qeyd edək ki, EU4Culture Şərq Tərəfdaşlığı ölkələrinin paytaxt olmayan şəhər və qəsəbələrinə xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihə Höte İnstitutu (əsas tərəfdaş), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və “Institut Français de Géorgie” ilə birgə həyata keçirilir. İcra olunmağa başladıqdan etibarən EU4Culture layihəsi yerdəyişmə üzrə ümumilikdə üç qrant layihəsi qəbulu elan edib və 274 fərdi şəxsin layihəsini dəstəkləyib.

Müsabiqədə iştirak üçün əlavə məlumat: https://cutt.ly/8wiKFNyp

 

 

 

 

Bu məqalə sizin üçün faydalı oldumu?