Aut quia eos reprehe
Mədəniyyət və incəsənət haqqında 9 podkast

İncəsənət və mədəniyyətə dair xəbərlər, diskussiyalar və şəxsiyyətlərlə maraqlanırsınız, ancaq oxumağa o qədər vaxtınız yoxdur? Seçdiyimiz podkastların siyahısı sevdiyiniz mövzularla tanış olmağınıza kömək edəcək.
The British Council Arts Podcast
Podkast Böyük Britaniyanın incəsənət sektorunda bu gün baş verən vacib tendensiyalar və maraqlı layihələri müzakirə etmək üçün incəsənət və sənaye nümayəndələrini bir araya gətirir.
Pop Culture Happy Hour – kitablar, filmlər, musiqi, televiziya, komikslər və digər mövzulara dair canlı çatdır.
The Modern Art Notes Podcast – rəssamlar, tarixçilər, müəlliflər və kuratorlar ilə aparılan müsahibələrə həsr olunmuş həftəlik bir saatlıq proqramdır.
Aparıcı və sənətşünas Edvard Qoldman beynəlxalq kontekstdə incəsənət və muzey mövzularını əhatə edir. 5 dəqiqə ərzində bir çox maraqlı faktları və müşahidələrini qeyd edir.
Aparıcı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə söhbətlər edir. Qonaqlarının karyerasında mübahisəli məqamlara toxunmaqdan çəkinməyərək sənət aləminin daxili mətbəxini göstərməyə çalışır.
San-Fransisko Müasir İncəsənət Muzeyinin bu podkastı incəsənət və mədəniyyət haqqındadır. Hər mövsüm müasir incəsənətin ilham mənbəyini və tarixini öyrənən incəsənət nümayəndələrinin iştirakı ilə ayrı-ayrı mövzulara həsr olunur.
Bu podkast yalnız modernizmə həsr olunmayıb, lakin eyni zamanda daha erkən dövrə aid nüfuzlu sənətkarlar və kuratorları təmsil edir. Sənətşünas və tənqidçi Tayler Qrin personajların bütün tərcümeyi-halını izləyir, vacib detalları əhatə etməyə çalışır. Şou son dərəcə informativ xarakterlidir.
BBC 4 podkastının 10 epizodunda son illər ərzində İraq və Suriyadakı münaqişə zamanı məhv edilmiş və ya talan edilmiş antik dövrə aid abidələr və tarixi yerlərə aid hekayələri eşidə bilərsiniz.
İncəsənət və biznesi birləşdirməyi sevənlər üçün podkast. Hər bölüm incəsənət bazarına və ya yeni incəsənət şirkətinə həsr olunur.
Mənbə: culturepartnership.eu