EU4Culture mədəni və çarpaz innovasiya sahəsində layihə təkliflərinin qəbulunu elan edir

22 May 2023 Xəbər
news-inner-photo

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın paytaxt olmayan şəhərlərində mədəni və çarpaz innovasiya sahəsində qrant müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi “EU4Culture Şəhərlər Şəbəkəsi” çərçivəsində mədəniyyətlərarası əməkdaşlığın və dialoqun təşviq edilməsidir. Qeyd edək ki, “EU4Culture Şəhərlər Şəbəkəsi” Mədəni inkişaf strategiyalarını hazırlamaq üçün Aİ tərəfindən maliyyə dəstəyi alan seçilmiş 14 şəhərdə mədəniyyət və yaradıcılıq sahəsində əməkdaşlığın qurulması məqsədi daşıyan EU4Culture layihəsi tərəfindən yaradılmış platformadır. Bu şəhərlərə Ermənistanda Çarentsavan, İcevan, Sevan; Azərbaycanda Xırdalan, Lənkəran və Şəki; Gürcüstanda Kutaisi, Poti və Zuqdidi; Moldovada Cahul və Orhei; və Ukraynada Odessa, Rivne və Vinnitsa daxildir.

Müsabiqədə iki növ layihələr dəstəklənəcək:

  • Mədəni və bədii inkişaf, istehsal və ya təqdimat, yerli mədəni ənənələrin təbliği və mədəni mübadilə üçün məkanların yaradılmasına yönəlmiş mədəniyyət sahəsində layihələr;
  • Müxtəlif sektorlar arasında maneələrin aradan qaldırılması və mədəniyyət, yaradıcılıq, turizm və digər sektorları birləşdirərək yerli ekosistemlərin inkişafının təşviqinə yönəlmiş çarpaz innovasiya sahəsində layihələr.

Əsas şərtlər:

  • Müsabiqədə müraciət etmək hüququna malik ölkələrdə mədəniyyət və yaradıcılıq sektorlarını təmsil edən qeyri-kommersiya təşkilatları iştirak edə bilər.
  • Təkliflər fərdi və ya iki-beş tərəfdaşdan ibarət konsorsium çərçivəsində təqdim edilə bilər.
  • Əsas ərizəçi “EU4Culture Şəhərlər Şəbəkəsinə” daxil olan şəhərlərdən birində yerləşməlidir. Əsas ərizəçi ilə birgə müraciət edən ərizəçilər şəbəkədən kənar digər şəhərlərdə fəaliyyət göstərə bilərlər.
  • Müsabiqə maksimum 10 ay davam edən layihələri dəstəkləyir. 
  • Hər layihə üzrə maksimum 25 000 avro həcmində qrant üçün müraciət edilə bilər.

Müsabiqənin keçirilmə müddəti: 2023-cü ilin oktyabr ayından – 2024-cü ilin iyul ayınadək.

Ərizə qəbulu üçün son tarix: 25 iyul 2023-cü il (Mərkəzi Avropa vaxtı ilə 18:00). 

Ərizə ilə müraciət etmək üçün keçid: Höte ərizə portalı (GAP) 

Ərizə qəbulu ilə bağlı məlumat xarakterli görüş iyunun 5-də (Qeydiyyat üçün) keçiriləcək.

Bu məqalə sizin üçün faydalı oldumu?