“ArtMasters” Milli Açıq Çempionatı

19 May 2023 Xəbər
news-inner-photo

Rusiyanın Elm və Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi, Mədəniyyət Nazirliyi və Moskva Hökumətinin dəstəyi ilə həyata keçirilən “Artmasters” milli açıq çempionatına müraciət davam edir.

Son müraciət tarixi: 28 may 2023-cü il

İştirak forması 2 yaş kateqoriyası üzrə həyata keçirilir:

  • 14-17 yaş arası
  • 18-35 yaş arası

Uyğunluq meyarları: yaradıcı sənayelər sahəsində fəaliyyət göstərən və rus dilini bilən şəxslər, o cümlədən xarici vətəndaşlar

Kateqoriyalar: fotoqraf, veb dizayner, oyun dizayneri, kopirayter, səs dizayneri, qrim artisti, kostyum dizayneri, klipmeyker və s.

“ArtMasters” aparıcı ekspertlərin rəhbərliyi altında ən böyük yaradıcı layihələri həyata keçirən "backstage" və rəqəmsal incəsənət mütəxəssisləri üçün genişmiqyaslı müsabiqədir.

Mükafat fondu 500 000 manat-dan artıq olan yarışmanın finalı bu ilin avqust – sentyabr aylarında Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləckdir.

Yarışmanın qalibləri pul mükafatından başqa eyni zamanda Rusiyada yerləşən və bu sahədə fəaliyyət göstərən təşkilatlarda praktika keçmək və ya çalışmaq imkanları əldə edəcəklər.

Onlayn formanı dolduraraq müsabiqədə iştirak üçün müraciət edə bilərsiniz.

Ətraflı məlumat üçün rəsmi sayta keçid etməyinizi tövsiyə edirik.

Bu məqalə sizin üçün faydalı oldumu?