“Kreativ Azərbaycan” 3 yaşını qeyd edir

9 Dekabr 2022 Xəbər
news-inner-photo

9 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən  yaradılan “Kreativ Azərbaycan” portalının 3 yaşı tamam olur.

Artıq 600-dən çox üzvü olan (yerli şirkətlər, ictimai birliklər, fərdi sahibkarlar, ekspertlər və s.) portal tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu illər ərzində müxtəlif layihələr, təşəbbüslər, aksiyalar və tədbirlər keçirilmiş, yaradıcı və mədəniyyət sənaye sahələrinin nümayəndələri ilə çoxsaylı görüşlər baş tutmuşdur.

Minlərlə kreativ gənci, həvəskar və peşəkar yaradıcı insanları birləşdirən portalda bu günə qədər 700-dən çox xəbər (müsabiqələr, festivallar, məqalələr, vebinarlar, onlayn təlimlər və s.) paylaşılmışdır.

Növbəti illərdə daha geniş auditoriyaya hədəflənərək maraqlı və faydalı layihələrlə qarşınızda olacağıq. 

Bizimlə birgə olduğunuz üçün təşəkkür edirik!

 

Bizi sosial şəbəkələrdə izləyin:

 

Facebook:  facebook.com/creative.az  

Instagram: https://www.instagram.com/kreativaze/

LinkedIn: https://www.linkedin.com/company/kreativaze

Telegram: https://t.me/kreativaz

Twitter: https://twitter.com/KreativAze

YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

 

Bu məqalə sizin üçün faydalı oldumu?